Aygun

Aygun
Araştırmacı fizik
BDU
Azərbaycan
39 okur puanı
Nisan 2020 tarihinde katıldı
Başqa şansımız yoxdu
9/10
·1062 syf.·
2023 4. kitabı
Lev Tolstoy- bu şəxs bu qədər çoxsaylı, üstəlik fərqli yaşamları mükəmməl təsvir etdiyinə görə minimum 10 ya 15 dəfə yaşamış olmalıdır. Əgər reinkarnasiya deyilsə onda hədsiz həssaslığa sahib olmalıdı ki, bu əsəri yarada bilsin. Düzü əsərdə ərinə xəyanət edən Annanı anlamaqda çətinlik çəkdim. Lakin, onun xoşbəxtlik deyə getdiyi yolun sonunda da hüsrana uğraması, yaşadığı çarəsizlik, günümüzün insanının da müxtəlif hadisələrdə üzləşə biləcəyi duyğudur. Min təəssüf! Hər zaman qatar gəldiklə relslərə atlamaq gəlmişdir içimdən, əminəm məndən başqa da kimlərdəsə olub. Amma bizi ümüdlərimiz saxlayır, sevdiklərimizin varlığı, qığılcım kimi də olsa arzularımız, inancımız və s. Anna üçün isə demək bunların heç birisi yoxdu. O bədbəxt idi, hər mənada… Yaxud sadəcə elə olduğunu düşünürdü.
Lev Tolstoy
Lev Tolstoy
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 202555,4bin okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
Mən də bir insan idim
Puan vermedi·160 syf.·
2023 8. kitabı
Livanelinin "Serenad" əsərindən sonra oxuduğum ikinci əsəri oldu. Əsərdə cahil müsəlmanların savab qazanmaq adı altında yezidlərə zülmündən bəhs olunub. Kitabı 2 gün əvvəl bitirdiyimə baxmayaraq içimə çökən hüzursuzluq eyni pillədə israrla qalır. Həssas bir yapınız varsa kitabı tövsiyyə etmirəm. Içimdə insanlığa qalan son saygını da itirməyimə səbəb ola biləcək bir əsər oldu. Bəzi hadisələrin baş verdiyinin fərqində olmaq bizə daha çox acı verir.
Düşünce
HuzursuzlukZülfü Livaneli · Doğan Kitap · 2017117,5bin okunma
Puan vermedi·224 syf.·
2023 6. kitabı
Agata Kristidən oxuduğum ilk əsər idi və son olmayacağını düşünürəm. Dedektiv janrda oxuduğum kitablar içində ən bəyəndiklərimdən biri oldu bu kitab Mövzu o qədər yanıldıcı idi ki, kitabın əvvəlindən axırına qədər şübhələndiyim şəxs (Blore) qatil deyildi. Yazar kitabda kifayət qədər yanıldıcı nüansları ön plana çəkərək oxurun diqqətini yayındırmağı mükəmməl şəkildə bacarıb, bu isə oxurda aralıqsız şəkildə kitabı oxuyub bitirmək istəyi yaradır. Bütün müsbət tərəflərlə yanaşı mənə məntiqsiz görünən tək şey qatilin planının bu qədər qüsursuz olması idi. Bunun həyatda mümkün olma ehtimalı çox azdır, lakin yenə də mümkünsüz deyil.
On KişiydilerAgatha Christie · Altın Kitaplar · 202143,5bin okunma