Bir sözlə mükəmməl idi
Dönüb-dönüb təkrar oxuyacağım kitablardan oldu
Oxuyan daha öncə niyə oxumamışam deyəcək.
Təkrarsız cümlələr, axıcı izah ideal idi.
Roman insanın öz zəifliklərini necə bəhanələrlə ört-basdır etdiyini göstərir. Ömər və Macide arasındakı münasibət sevginin təkbaşına yetərli olmadığını, iradə və məsuliyyət olmadıqda hər şeyin dağıldığını açıq şəkildə ortaya qoyur. Hadisələr yavaş irəliləsə də, kitabın əsas gücü psixoloji təhlillərindədir. Sonluq isə oxucuya aydın bir mesaj verir: insan dəyişmək istəmirsə, heç nə dəyişmir
Əm önəmlisi çox uzadaraq yazması bir çox səhifələr sıxıcı idi.
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019208,8bin okunma
Aqata Kristi – “Kitabxanadakı cəsəd”
Düzü bir az yavaş gedirdi, amma sonlara yaxın maraqlı oldu. Elə bildim hər şey aydındı, amma yox e, Aqata yenə oyun elədi Sonda elə çevrildi ki, heç ağlıma da gəlməzdi. Bir dənə cəsədlə başlayır, amma arxasında kimlər nələr çıxır... Klassik Aqata, beyni yandırır amma zövqlə oxudum.
Osho – Emosiyalar” kitabı haqqında:
Bu kitab insana duyğularını basdırmaq yox, onları yaşamağı öyrədir. Osho deyir ki, hər hiss – qorxu, qəzəb, qısqanclıq – təbii axındır, ondan qaçmaq deyil, onu anlamaq lazımdır. Ən çox da öyrədir ki, sevgi azadlıqdır, sahiblik deyil. Qısqanclığın kökü qorxudur, qəzəbin isə kökü yoxdur – baxsan, içi boşdu.
EmosiyalarOsho · Qanun Nəşriyyatı · 20151,068 okunma
Uzun illərdir eşitdiyim amma oxumadığım bir kitab idi
Nəhayət oxudum, çox sıxıcı yerləri olmuşdur çünki çox detala girilərək uzadılaraq, sakit, yazıldığın düşünürəm
Çox zaman məni sıxsada sona qədər oxudum.
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,8bin okunma