Aysel Sultanlı

Dəyərlər
Qadınlara hörmət edilən yerdə tanrılar da məmnundur, onların xor görüldüyü yerdə Tanrıya dua etmək də işə yaramaz.
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Murakamisayağı təşbeh
Sözlərim gücünü itirdi və pəncərə şüşəsindən süzülən yağış damcıları kimi reallıqla olan bağlarını asta-asta qopardı.
Hisslər soyuyanda
Xırda detallarına qədər diqqətlə seçib bəzədiyim, göylərdəki rəngarəng qəsrimiz yoxa çıxmış, yerində adi, səs-küylü bir bar qalmışdı - süni, üzdən bəzədilmiş və köhnəlmiş bir yer.
Hacime və Şimamotonun dialoqundan
Hərdən sənə baxanda elə bilirəm ki, uzaq bir ulduza baxıram. Gözlərimi qamaşdıran, amma on minlərlə il əvvəldən indiyə gəlib çatan işıq kimi. Bəlkə də, bu ulduz artıq yoxdur. Amma yenə də bəzən bu işıq mənə hər şeydən daha real görünür.
Sanki Nat King fonda "Pretend" mahnısını ifa edir
Hərdən elə hissə qapılıram ki, elə bil barlar təkcə beynimdə mövcuddur. Səmadakı saraylar kimi xəyali yerlər... Çünki hamı eyni şeyi axtarır: təxəyyül dünyasının məhsulu olan bir yer, göylərdə özlərinə məxsus saray və sırf onların guşəsi. P.S. "Pretend you are happy when you are blue. It isn't very hard to do!"