Sənə əl açan yoxsulun,üstəlik,övladı üçün səndən pul dilənən bir ananın yanından keçəndə qətiyyən biganəlik etmə.Bəlkə,o uşaq günlərdir ac idi,ya da o zavallı qadın iztirab çəkirdi.
Bir gün anan sənə:"Oğlum,bu gün sənə quru çörək də verə bilməyəcəyəm",-deməyə məcbur qalsaydı,təsəvvür edirsən,nə qədər əzab çəkərdi?!
Mən yoxsula pul uzadanda o mənə dua edir,"Tanrı səni və sevdiyin insanları bağışlasın!"-deyir.Heç bilirsən,bu cür dua edən yoxsulun minnədarlığı,dediyi sözlər mənə necə rahatlıq gətirir?Belə anlarda mənə elə gəlir ki,Tanrının köməyi ilə uzun və sağlam ömür yaşayacağam.Beləcə,evə şad gəlirəm və düşünürəm ki,bu yoxsul mənə ona verdiyimdən daha çox şey bağışladı.