Aytac Memmedzade

Aytac Memmedzade
AUL
61 okur puanı
Nisan 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
10/10
·285 syf.··
Beğendi
·
2023 37. kitabı
·
4 günde okudu
·
Okunma: 19 Kasım 2023 22:04
İlk olaraq kitabı çox görürdüm, hətta mövzusunu da oxumuşdum. Məni mövzu cəhətdən özünə cəlb edən kitab oldu. İlk olaraq kitabın yazarın araşdıranda isə gənc bir şəxs olduğun gördüm və buna sevindim. Çünki bu bu dövrdə gənclərimizin kitab oxumağı və kitablara qarşı maraqları olması çox gözəldir. Və bununla yanaşı kitab yazmaq isə bambaşqadır. Kitaba qarşı fikrlərimi bildirim. Kitab həqiqətən adının haqqın verir “Qarmaqarışıq” idi. Kitabın bizə verdiyi mesaj isə Dostluq et amma güvənmə, yaxınlıq et amma daim uzaqda dur. Bəli hər kəsə güvənmək olmaz. Amma istisnalar var deyə düşünürəm( təbii ki bu Mənim düşüncəmdir) Və kitabda ən çox sevdiyim bir şey özünü Oxucuya oxutdurmasıdır. Çox səlist bir dili var insanı yormur əksinə oxumağa cəlb edir. Kitabda qeyd etmədiyim yer qalmadı deyə bilərəm. Çünki o qədər doğru fikirlər var idi ki. Kitab çoox həyəcanlı idi. Və Mən bu kitabı öz kitablığımda görmək istəyirəm. Nəinki ilk kitab hətta ikinci kitabı tezliklə çap olunmasını dörd gözlə gözləyirəm. Və sonu elə yerdə bitdi ki, insanı maraqda qoydu. NəimiNəimi Sizə təşəkkür edirəm belə gözəl kitab üçün. Və birdə Ümid edirəm Bizləri çox maraqda qoymayacaqsınız. Oxuyun! Oxutdurun! Məndən bu qədər. Xoş Mütailələr Hər kəsə.
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
Puan vermedi·448 syf.··
2023 30. kitabı
·
3 günde okudu
·
Okunma: 09 Eylül 2023 23:40
Zeyneb Seydən oxuduğum ilk kitab. “Kimse Gerçek Değil” Özünün kim olduğunu düşünən və dünyasının saxtakarlıqdan ibarət olduğunu görən Işıl Özsoydanın bir gün “Yaralılar” və “Şifacılar” deyə ayrılan sosyal medyada tanışdığı Oflaz Kantemizlə olan hekayəsindən danışılır. İlk olaraq kitab həqiqətən öz adının haqqını verir. Kitabı oxuyarkən kitabda nə qədər yan obraz varsa hamısına qıcıq oldum deyə bilərəm. Kitabın dili axıcı idi və özünü insana oxutdurur məncə. Baş obrazlardan Işılada qıcıq olduğum anlar oldu. Digər baş obrazı isə sevdim. Kitab Məncə insana o hissiyyatı keçirir. Özəlliklə də Oflazın günlüğünü oxuduğunuz zaman. Oflazın həyatını əla alan kitab olmasını istər və hər gününü necə keçirdiyini görmək istərdim. Qısaca kitab oxunmayacaq kimi pis və yaxud həyatımda oxuduğum ən ən ən gözəl kitablardan olmasa da oxunacaq bir kitab idi.
Kimse Gerçek DeğilZeynep Sey · Martı Yayınları · 20216,6bin okunma
10/10
·116 syf.··
2023 27. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Eylül 2023 17:15
Nikolay Vasilyeviç Gogoldan oxuduğum ilk kitab “Bir Delinin Hatıra Defteri” oldu. Kitabda 3 hekayə var. 1. Bir Delinin Hatıra Defteri 2. Burun 3. Palto “Bir Delinin Hatıra Defteri” hekayəsində məmur olan İvanoviçin müdürün qızını sevməsi və daha sonra dəli olmasını oxuyuruq. “Burun” hekayəsində məmur olan Kovalevin yuxudan durandan sonra burnunun yerində olmadığını görməsini və daha sonra Petersburg küçələrində burnunu axtarmasını oxuyuruq. Bu hekayəsi digər hekayələrə görə fantastik idi. Və çox maraqlı idi. Oxuyanda əyləndim deyə bilərəm. “Palto” hekayəsində Akaki Akakiyeviç işini sevən və düzgün şəkildə yerinə yetirən məmurdur. Və bir istəyi var ki, yeni Paltosu olsun. Və bu 3 hekayədə ən sevdiyim “Palto” hekayəsi oldu. Məni içinə çəkən ən gözəl hekayələrdən biri oldu. Məncə oxunmağa dəyər bir kitabdır. Oxuyun, oxutdurun. “Hepimiz Gogol’un Palto’sundan çıktık!”
Bir Delinin Hatıra Defteri (Palto ve Burun Öyküleriyle)Nikolay Gogol · Kızıl Panda · 202337,2bin okunma
9/10
·700 syf.··
2023 26. kitabı
·
32 günde okudu
·
Okunma: 01 Eylül 2023 15:31
Elxan Elatlıdan nöbəti oxuduğum kitab “Qan ləkəsi” oldu. İlk olaraq kitabda baş verən hadisə haqqında bəhs edəcəm. Əsərdə baş verən hadisə “Bakıda məşhur iş adamının erməni əsilli arvadından olan oğlu binamusluq üstə öldürülür. Əsl qatilin əvəzinə səhvən başqası həbs edilir. Lakin iş adamı oğlunun qatilinin adını öz əlaltıları vasitəsilə tezliklə öyrənir və onun bütün ailəsini məhv etmək üçün Moskvada yaşayan qaynını – Kobra ləqəbli qaniçən erməni killeri Azərbaycana çağırmasıyla” başlayır. Kitabda çox obraz var. Və buna görə qeydlər götürmək daha uyğundur. Kitab həqiqətən çoox axıcı idi. Lakin bəzi yerlər uzadılıb deyə düşünürəm. Bəli Leopard obrazını sevirəm. Amma bəzi səhnələri özəlliklə də Cəhalə ilə olan münasibətini sevmədim… Məncə olmasa da olardı. Ümid edirəm bundan sonra oxuduğum kitablarda Leopard belə olmasın. Məncə Cəhalə və üstəlik Məltəm obrazı çoox şişirdilmişdi. Cəhalənin düşüncələrini və hərəkətlərini sevmədim. Kitabda elə yazılmışdı ki, sanki Cəhalə nə edirsə düzdür… və Məltəmə gəlsək kitabın hansı hissəsin oxusanız ancaq gördüyünüz “çoox gözəldir, məsumdur… və s.” bu ifadələri hər səhifədə görmək şəxsən kitaba qarşı göz devirməmə səbəb oldu. Yəni təbii ki, bunlar Mənim səxsi öz düşüncələrimdir. Qısaca kitab yaxşı yazılmışdı, oxumağa dəyər. Sevmədiyim hissələri çıxmaq şərtiylə. Məndən bu qədər Xoş mütaliələr.
Roman
Qan LəkəsiElhan Elatlı · Press Nəşriyyat · 2020886 okunma