Sənə sarıldığım yerdə
Qırdığın qolu bağışla
Ver, ruhumu döyəcləsin,
Yağış ver, dolu bağışla...
Dərd çəkim...
Bilən olmasın...
İz çəkim...
gələn olmasın
Tək sənin kölən olmasın,
Bu aciz qulu bağışla...
Bu yol sənə aparmasa,
Bu eşq -
İzini sarmasa
Ölüncə...
Sənə varmasa
Getdiyim yolu bağışla...