Darmadağın

Nəimi
Yazar:
Nəimi
Tahmini Okuma Süresi:
6 sa. 34 dk.
Sayfa Sayısı:
232
Basım Tarihi:
10 Eylül 2024
Yayınevi:
Əlfəcin Nəşriyyatı
Orijinal Dil:
Azerbaycanca
Orijinal Ülke:
Azerbaycan
ISBN:
2000000027210
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar
Reklam

Yorumlar ve İncelemeler

Insan yeni bir səhifə açıb başlanğıc edə bilərmi?
9/10
·232 syf.··
Beğendi
·
2025 11. kitabı
·
4 günde okudu
·
Okunma: 05 Şubat 2025 03:55
Darmadağın ... Qarmaqarışıq'ın müəllifindən... Kitab barədə düşüncələrimi Qarmaqarışıq incələməsində qeyd etmişdim ) Kitabın ən sevdiyim tərəfi bu gün cəmiyyətimizdə aktual olan mövzuları çox gözəl qələmə almağındı,hər nə qədər iyrənc mövzular olsada.Oxuyanda insanlıqdan çox utandım. Bəzi insanlarla eyni havanı udmaqdan, insan olmağımdan utandım.. İnsanın insanı öldürdüyü bir cəmiyyətdə,pedofillərin aramızda çoox rahat gəzdiyi bir dünyada yaşayırıq. Çoooxx təəssüf ki bu gün ətrafımızda bu hadisələrdən onlarca,yüzlərcə eşidirik.Məhv olmuş həyatlar,puç olmuş xəyallar,ümidsiz insanlar..və daha çoxu... Kaş insanların mənəvi xüsusiyyətlərini də qiymətləndirən bir cihaz olardı deyə düşünürdü bəzən.(shf 56) deyir yazarımız.Kaş Nəimi,kaş.. Ümümiyyətlə kitabda çoox severek ve tekrar tekrar oxuduğum alıntılar oldu.Hətta bəzən "Görəsən Nəimi özü yazıb,ya pul qarşılığında kiməsə yazdırıb" deyə düşünmədim də deyil) Dünyanı duyğularımızla qəbul edir, tanıyırıq,Nəimi bilərək və ya bilməyərəkdən o duyğuları çox gözəl qələmə alıb.Bəzən sözlər də kifayət etmir, nəyinsə yoxluğunu, əskikliyini hiss edirik, dərk edirik, amma ifadə edə bilmirik.Yazar bəy onları çox incəliklə işləmişdir.Kimsə adama istedad verə bilməz. Gərək istedadlı doğulasan,özündə olmasa da istedad qələmində var))Ümid edirem bir gün Nobel alacaqsan)Xırda, əhəmiyyətsiz hesab etdiyimiz damlalardır ümmanları yaradan. Bu da böyük ədəbiyyat ümmanına atılmış kiçicik damla olsun, kimə ziyanı var ki? Sene boll oxuculu maraq dairesi arzu edirem sadece) Yaz,Yasa,Yarat) Ugurlar... Vee sonda...Dost dediklərim yaxşıı ki varsınız...
DarmadağınNəimi · Əlfəcin Nəşriyyatı · 202420 okunma
10/10
·232 syf.·
2025 4. kitabı
Darmadağın Nəimi ...kendi içimizde, kendimize dair bilmediğimiz o kadar çok șey var ki. ( Sabahattin Ali Sırça Köşk ) #255779285 İncələməyə bu cümlə ilə başlamaq istədim. Səbəb isə kitabın məzmununun tamamilə bu fikri ifadə etməsi ilə bağlıdır. İnsan içində müxtəlif hissləri və emosiyaları birləşdirən bir varlıqdır. Davranışlarını bəzən kiməsə görə, bəzən sırf özünü düşünərək sərgiləyən bir varlıq. Zülfü Livaneli demişkən.. "Hepimiz içimizde, gizli, nazik davranışlarla üstü örtülen ama bir tehdit algıladığımız zaman hemen o keskin dişleriyle ortaya çıkan bir timsah taşıyoruz." Digər kitabda ətrafa, dosta güvən ön planda olduğu halda, ikinci kitabda fərdin özünə güvən daha qabarıq idi. Qarmaqarışıq oxuduqda, ardı var yazılmışdı. Və yeni bir kitabın gələcəyin səbirsizliklə gözləyirdim. "Darmadağın" adından da göründüyü kimi dağılmış, məhv olmuş həyatların təsviridir. Murad və digərlərinin taleyi, yeni obrazların rolları hər biri olduqca maraqlı idi. Bəyəndiyim nüanslar ilə yanaşı qıcıqlandığım hadisələr də var idi. Buda təsvirin gerçəkliyi ilə bağlıdır. Xülasə olaraq deyə bilərəm ki, sonu belə gözləmirdim. Hər bir başlıqda " tapdım, hər şey bəlli oldu " desəm belə, dəyişən arqumentlər olduqca yaradıcı idi. Nəimi yaradıcılığında uğur arzu edirəm.
Düşünce
DarmadağınNəimi · Əlfəcin Nəşriyyatı · 202420 okunma
8/10
8/10
·232 syf.··
2025 69. kitabı
·
13 günde okudu
·
Okunma: 27 Eylül 2025 13:45
Salamm,yazarın qələmindən oxuduğum ikinci kitab,ilki 2 il öncə oxuduğum Qarmaqarışıq indi isə bu.Kitaba aid fikirlərimə keçməzdən qabaq onu qeyd edim ki,bu iki kitabın mənim üçün xüsusi bir yeri var,çünki ilk kitabı hələ yeni oxuma alışqanlığı qazanan 16 yaşında qız oxuyurdu ikincini isə bir çox kitablarda həyat tapmış 18 yaşlı qız.Kitabı oxuduğca abituryent illərim yadıma düşdü.Kitabın mövzusuna gəldikdə isə deyə bilərəm ki,bu kitabı digərindən daha çox bəyəndim.Sonu isə mənim üçün tamamilə gözlənilməz oldu.Açığı oxuyarkən bütün hamıdan şübhələndim və gözləntilərim belə məni yanıltdı.Kitabı 13 günə bitirməyimə baxmayaraq çox axıcı bir kitabdı və düşünürəm ki,vaxt geniş olsaydı əminəm ki 1-2 günə bitirərdim o dərəcədə.2 puanı kəsməyimin də səbəbi əslində bir tık xəyal qırıqlığına uğradım sonda Muradın sağalacağını və Minə ilə olacağını oxumağı xəyal edirdim ama yarıda kəsilmiş kimi oldu.Onun xaricində demək olar ki,hərşey əla idi. Nəimi sizə uğurlar arzulayıram,qələminizi daha da inkişaf etdirmək diləyiylə,sağolun.
İnceleme
DarmadağınNəimi · Əlfəcin Nəşriyyatı · 202420 okunma
Darmadağın
8/10
·232 syf.··
Beğendi
·
2026 4. kitabı
·
12 günde okudu
·
Okunma: 15 Şubat 2026 22:22
İlk öncə 2-ci kitabı da uğurla tamamladığına görə təbrik edirəm. İnşəAllah davamı gələr. Həqiqətən cavan yazıçılarımızın olmağı və bütün çətinliklərə rəğmən hələ də yazıb yaratmağı sevən insanların olması çox gözəldir. Kitabı ümumi olaraq sevdim. Kitab haqqında detallı yaza bilmirəm(spoiler olmasın deyə) Sadəcə kitabın sonunda qatilin kim olduğunu bildikdə birəz şoka düşdüm. Səbəbi gözləmədiyimdən deyil də, yazıçının kitabı köklü dəyişib bu cür sonluq verəcəyini düşünmürdüm. Həqiqətən çox araşdırılıb üstündə düşünüldüyü bəlli olur. İnşəAllah daha çox kitablarınız olar. Çünki başlanğıc üçün möhtəşəm başlamısınız
Kitap Yorum
DarmadağınNəimi · Əlfəcin Nəşriyyatı · 202420 okunma
8/10
·232 syf.··
Beğendi
·
2025 47. kitabı
·
3 günde okudu
·
Okunma: 23 Haziran 2025 12:20
Məncə kitabın ən güclü tərəfi onun iç dünyaya toxunmasıdır. Muradın yaşadıqları, Hümrayla olan münasibəti, sonra o duyğusal ziddiyyətlər... Bir də müəllifin dili çox səmimi və təbiidi. Ağır cümlələr yoxdur, amma fikirlər o qədər doludu ki, düşünmədən keçmək olmur. Bəzi hissələrdə dayandım, geri qayıtdım, yenidən oxudum. Çünki bəzi cümlələr var idi ki, birbaşa ürəyə toxunurdu. Bəlkə də hamımızın içində bir az “darmadağın” var, bu kitab da onu göstərir, amma səssiz, sadə və çox dərin bir şəkildə. Təşəkkürlər Nəimi,qəlbimizə toxunan əsərlər üçün!
DarmadağınNəimi · Əlfəcin Nəşriyyatı · 202420 okunma
7/10
·232 syf.··
2023 100. kitabı
·
1 saatte okudu
·
Okunma: 15 Nisan 2023 00:00
İndi gələk, bu oyunlara... Düşündüm, necə həm səninlə üzləşə bilərəm, həm də bu qatilləri öldürə bilərəm deyə... Ən başından səninlə danışsam, o dəyərsiz vicdanına məğlub olub təslim olacaqdın. Hər şeyi məhv edəcəkdin. Səhv anlama, mənim də vicdanım var. Amma səninki kimi dəyərsiz deyil. Sən onu hər bir kəs üçün istifadə edirsən, ən ali cinayətkara qarşı belə... Amma mən vicdanımı layiq olanlar üçün işə salıram. Bəzi insanlar vardır ki, onlara mərhəmət gələcəyə təhqir və təhdiddir, sən bunu heç bir zaman anlamadın.
DarmadağınNəimi · Əlfəcin Nəşriyyatı · 202420 okunma