O müqəddəs tərsliyin,
Yalan deyil bilirsən.
Yazmadım ha, oxuyub
Cavab yazasan deyə...
Yazmadım ha, ölürəm,
Can verirəm, xəstəyəm.
Yazdım xəbərin olsun,
Ölməyi bacarmadım,
Hələ ayaq üstəyəm.
Günümə bax bir manim,
Guya məktub yazmışam,
Salamı yaddan çıxıb.
Neyləyək, karıxmışam
Salamsız məktub olar...!?
Salam; Çox darıxmışam...