Namık Kemal- İntibah.
Türk klassiklərini çox sevirəm. Bu kitab da sevdiklərim sırasına daxil oldu.
Romanı oxuduqca Mehpeykeri öldürmək, Alini şillələyib özünə gətirmək, Dilrubanı da ortamdan uzaqlaşdırıb qorumaq istəyirdim.
Deməli mövzu nədi deyim.
Ali bəyimiz oxumuş, savadlı, işində-gücündə gəncdi. Bu yaşına qədər əli qadın əlinə dəyməmiş, abırlı biridi. Bir gün dostlarından biri deyir ki, gəl gedək gəzinti yerinə. Orda da yüngül təbiətli, əxlaqsız qadınlar axşamlar gəzintiyə çıxıb özlərinə yar tapırlar.
Ali də Mehpeykəri görür. Mehpeykər Alini görən kimi onu bəyənir və özünü namuslu qadın kimi göstərərək Alini özünə aşiq edir.
Alinin dostu və dostunun əmisi bir neçə gün sonra bu vəziyyəti biləndə Aliyə Mehpeykərin heç də namuslu biri olmadığını başa salırlar. Ali başa düşmək istəmir. Axırda gedir qadının toruna düşür. Gəl zaman, get zaman bir gün Mehpeykərin evinə xəbərsiz gedib görür ki, Mehpeyker evdə yoxdu səhərə qədər də qayıtmır. Bu zaman onun əxlaqsız biri olduğuna inanır və ordan çıxıb gedir. Bir daha da qayıtmır.
Dilruba kimdi? Bu yazıq qız Alinin anasının Ali üçün evləndirmək məqsədli pulla satın aldığı cariyədi. Gözəlliyi dillərə dastan bir qızdı. Mehpeykərlə olan zaman Alinin gözü Dilrubanı görmür belə. Amma Mehpeykərdən ayrıldıqdan sonra Dilrubaya aşiq olur.
Bəs sonra bu əxlaqsız Mehpeykər nə edir? Alidən intiqam almaq üçün necə alçaqlıqlara baş vurur və sonu necə olur?
Onu artıq oxuyun özünüz görün.