Aytəkin Telman

Aytəkin Telman
@AytekinTelman
Dəyirman
7/10
·176 syf.··
Beğendi
·
2024 102. kitabı
·
3 günde okudu
·
Okunma: 15 Kasım 2024 00:00
İlk "Dəyirman"ı oxuyanda keçirdiyim duyğular və ortaya çıxan suallar əsərin ardında öz məntiqi davamını tapdı sanki... Hər şeydən əvvəl onu deyim ki, zaman keçdikcə ilk Dəyirmana qənim kəsilənləri əndişələndirən nə imiş, bunu anlamaq sadələşir. Məsələ mühiti sadəcə tünd boyalarla təsvirdə, yaxud bir çox ədəbiyyatşünas təhlillərin təkrar-təkrar dediyi kimi - alkoqolizmə qurşanmış kənd əhlində deyil. Əslində zaman keçdikcə, bərəkət yeri olan Dəyirmanın harınlıq yuvasına çevrilməsi də, kişilərin içməsi, qadınların ağzını elə hey qarğışla açması da ayrı cür qavranır. Bəli, əsər hər hansı birbaşa təsvir, tənqid, ifşa olmadan Sovet reallığını, özü də acı gerçəkliyi iri plana çəkib. Kişilər alkoqolizmə qurşandıqları və ət yeməyi sevdikləri üçün dadanmayıblar Dəyirmana... Burda gəlib yekə qarnını bir az da yekələndirən Yoğun kişi, dava vaxtı bir ovuc unu bir ovuc qızıla dəyişən Dəyirmançı, arvadını, balasını pul qazanmaqdan, müştəri cəlb etməkdən ötrü ortaya atan Göyçək kababçı, yaxud hər şeyin satıldığına əmin olan Qızıl oğlanlar elə Kefli İskəndərin "Tfu sizin üzünüzə" deyib hədəfə aldığı məxluqlardı... Ancaq Dəyirmana, ordakı ab-havaya bütöv baxanda; insanların yaşamaq üçün səbəb, sevinmək, özünü insan hesab etmək üçün tutalqaç tapmadığını görəndə sanki elə bütün zamanın Kefli İskəndər vaxtı olduğu təəssüratı yaranır... Və bu zamanın ən dəhşətli tərəfi odur ki, insanı yalnız hakimiyyət xoşbəxt və güclü edə bilir. Elə başlanğıcdan "İki çobanın iki kolxoz sədrinə bərabər olmadığını" müzakirə edən qəhrəmanlar bərabərsizliyi ifadə edirlər. Rəqəmlər, yazılmış və yazılmamış qanunlar heçdir; pulu, vəzifəsi, hakimiyyəti olanlar özlərini güclü sayırlar. Bəlkə əslində özünü insan hesab edən də elə yalnız bunlardı. Ona görə Dəyirmançı heç kimə gücü çatmasa da, heç olmasa bıçağı-bıçağa
Roman
DəyirmanMövlud Süleymanlı · Qanun Nəşriyyatı · 202320 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Sabir Rustemxanli
7/10
·88 syf.··
Beğendi
·
2024 101. kitabı
Atamın ruhu Azərbaycan türk varlığının təməl daşlarından olan ailədən, ata-anaya tapınmaq səviyyəsində olan ənənəvi bağlılıqdan bəhs edir. Ata həyatdan gedir, sanki dünya silkələnir, dağ yerindən oynayır və bir çox məsələlərə baxışlar da dəyişilir. Əsərdə müəllif atasının son günlərini, psixoloji dəqiqliklə və bütün övladların gözüylə baxaraq qələmə almışdır. Ata ruhu əsərdə həm övladları, nəsli toplayan, bağlayan, ənənəvi mənəvi dəyərlərdən qopmağa qoymayan real bir güc və eyni zamanda insanı insan edən ilahi enerji, bərki çətin olan ədəbiyyat havasıdır. Bədən ölür, amma ruh ölmür. Ruhun və Tanrının mövcudluğunun təsdiqinə şübhə yoxdur. Əsərdə bu həqiqət müşahidə və bədii yolla təsdiqini tapır.
Roman
Atamın RuhuSabir Rüstəmxanlı · Qanun Nəşriyyat · 202240 okunma
ARİSTOTEL- POETİKA
Puan vermedi·120 syf.··
2024 114. kitabı
Poetika teatr sənəti haqqında yazılmış ən mühüm əsərlərdən biri hesab olunur. Əsərdə müəyyənləşdirilmiş incəsənətin tərifi Qədim Yunan klassik incəsənətinin fərqli xüsusiyyətlərini özündə ehtiva edir. Aristotel Poetikasına "Epos, Tragediya, Komediya, Ditrambos poeziyası və Fleytailə Kifara sənətinin böyük bir hissəsi, bütün bunlar ümumilikdə təqliddir" deyərək başlayır.[7][8] Aristotelə görə, poeziya sənətini üzə çıxaran iki təbii səbəb mövcuddur: 1. Təqlid etmək və təqliddən həzz almaq insan təbiətinin xüsusiyyətidir. Bunun səbəbi isə insanın öyrənməkdən aldığı həzzdir. İnsanlar təqlid olunan obyektin biliyini öyrənmək və ya təqlid edənin istedadını qavramaq istəklərinə görə təqliddən həzz alırlar. 2. Harmoniya və ritm instinkti də insanın ekzistensial (anadangəlmə) xüsusiyyətlərindən biridir. Həyatın hər yerində mövcud olan harmoniya və ritm insan yaradıcılığında və yaradıcılığında olduğuna görə də onun yaratdığı hekayələrində də özünə yer tapır.[9] Aristotelin Poetikadakı fikirləri Bertolt Brextin epik teatr hərəkatı tərəfindən tənqid edilmişdir.
Edebiyat
PoetikaAristoteles · Şərq-Qərb Nəşriyyatı · 20065bin okunma