- Ölkədə elə bir yer var ki, orada hamı bərabərdir. Elə bir təşkilat var ki, orada kasıb insan Rokfellerlə bərabərdir, axmaq adam Eynşteynlə bərabərdir, nadan, savadsız bir insan prezidentlə bərabərdir. Cənablar, bu təşkilatın adı məhkəmədir, fərqi yoxdur, Amerikanın Ali məhkəməsi, yaxud kəndlərdəki kiçik məhkəmə, ya da bizim kimi nüfuz qazanmış məhkəmə. Hamısında insanlar bərabərdir.