Azada Mammadzada

İnsan anadan olanda alnına nə yazılıbsa, o da baş verəcək.
Reklam
- Dahi kimə deyirsən? - Cəmiyyətin istiqamətini dəyişən adamlara. - Onların cəmiyyətin istiqamətini dəyişdirə bilməzlər. Cəmiyyət özü öz istiqamətini dəyişdirir. - Bəs elə isə dahilər nə edir? - Bax, məsələ də elə bundadır. Xəstə cəmiyyətin yaraları göynəyir, əzab-əziyyət verir və nəhayət, yetişir; bədəndə olan çiban kimi. O çibanların deşilmə mərhələsi gəlib çatır. Kim cəmiyyətin bu vəziyyətə düşməsini əvvəlcədən görürsə və neştəri götürüb hamıdan əvvəl yaranı kəsirsə, dahiyə çevrilir. Yenə deyirəm, əslində, cəmiyyət özü dəyişir, təzələnmək istəyir. Dahilər isə qabağa düşüb bu işi sürətləndirirlər. İndi, tələsmək olmaz. Hər şeyin vaxtı-vədəsi var. Bundan başqa, yaşadığın cəmiyyətin qanunlarını gərək öyrənib özünü qorumağı da bacarasan.
- Tələsmə, oğlum, hər şeyin vaxtı var. Zorakılıqla heç nə olmaz. Atalar deyib ki, saxla samanı, gələr zamanı. - Zamanı çox gözləmək olmaz. Ona təkan vermək lazımdır. Eşitməmiş olmazsınız, dahilər deyib ki, inqilab zamanın əvəzçisidir. Zorakılıq olmasa, uşaq dünyaya gəlməz. - Yarımçıq doğulan uşaq da çox yaşamaz: ya anadan olan kimi ölər, ya da ağıldan naqis olar. Təbiətin də, cəmiyyətin də öz əbədi və əzəli dəyişməz qanunları var. Yaz qışı, yay yazı, payız da yayı əvəz etdiyi kimi cəmiyyət də embrioloji mərhələlər keçməlidir. Əvvəlcə insanların zehnində kamillik yaranmalı, təkamül yolunu keçib inqilaba gəlməlidir. Yoxsa uşağı 6-7 aylığında ala-yarımçıq halda dünyaya gətirmək olmaz.
Uçitel, Mürsəl Müəllim·Kitabı okudu
Yüz min təbib neyləyər bir tanrı qarğımışa?
Reklam