"Mən hər şeydən şübhələnməyi sevirəm: belə bir hal xarakterin qətiyyətinə mane olmur; əksinə, mənə gəldikdə, başıma nə gələcəyini bilmədiyim zaman daha cəsarətlə irəliləyirəm. Axı, başıma gələn hadisələrin ən qorxulusu ölüm deyilmi? Ölümdən də yaxa qurtarmaq olarmı?"