Azada Mammadzada

Keçən gün keçib getdi, onu gözyaşı ilə, yalvarmaqla qaytarmaq olmaz!
Reklam
Sadəcə olaraq, adam qəti qərara gələn kimi sakitləşir, fərqi yoxdur, qoy bu qərar heç bir məntiqə sığmasın!
Çətini, adamın xəyal dünyası ilə onu bağlayan sehrli sap qırılana kimidir. Qırılandan sonra, bəlkə də, həmin sapın ucları getdikcə sönən ulduz kimi, közərə-közərə gah sənə, gah da ona tərəf yellənsin, ancaq xeyri yoxdur, o közərti də onu alovlandırmır, çünki ürəklər arasındakı körpü uçub...
Heç kəs sənə bir vaxtlar sevdiyin adam kimi yadlaşa bilməz...
Təsadüflər təkcə maraqlı əsərlərdə tapılmaz, həyatın özündə isə addımbaşı rast gəlirsən, çoxu da axmaq təsadüf olur...
Reklam