Azada Mammadzada

"Nə üçün" elə sualdır ki, bütün məntiq də, fəlsəfə də, qalan elmlər də onun qarşısında aciz qalır...
Etimoloji Defteri
Mücellit Nedir ?
Həmin adam lap yaxında idi, əlini uzatsa, çatardı... Ancaq bu yaxınlığın özündə də elə bir uzaqlıq var idi ki, əli heç cür çatmırdı...
Küləyi də, axar suyu da saxlamaq olmaz. Suyu saxlasan, iylənəcək, küləyin qabağını kəssən, boğuq havaya dönəcək...
Neyləyəsən, çox vaxt həqiqətin özü də yalan kimi səslənir!
Əgər şübhə dalğası bülluru bir dəfə sındırıbsa, onu, uzaqbaşı, yapışdırmaq olar. Yapışdırıb, bir vaxt işık-işıl işıldayan büllurun sınıq parıltısına baxa-baxa özünü aldadarsan. Yox, heç nəyi qaytarmaq olmaz, heç nəyi ilkin şəklinə salmaq mümkün deyil.