Azada Mammadzada

Al-əlvan xəyal dünyasının kor elədiyi adam yaxşını pisdən seçə bilərmi? Məhəbbət hara, ölçü hissi hara...
Reklam
Hamı son nəfəsində həyatdan nə isə qoparmaq istəyir.
Bıçaq ülgüc kimi iti olanda ağrıtmaz! Bir şey ki yəqinləşdi, ağrı o dəqiqə kəsilir. Ağrı həmişə o dərd yəqinləşənə kimi, bir də yəqinləşib qurtarandan sonra başlayır...
- Bax, şirlər dağkeçilərinin, hörümçəklər milçəklərin, tülkülər də toyuqların qənimidir. İndi de görüm, yer üzünün hansı yeganə canlısıdır ki, həmişə bir-biri ilə çəkişir, vuruşur, bir-birinin qənimi olur? - Əlbəttə, "məhəbbət", "yaxşılıq", "halıyananlıq" kimi sözləri icad eləyən insan - yer üzünün əşrəfi! - Yaxşı, o, təbiətin hansı canlısıdır ki, özünü öldürə bilər və öldürür də? - Yenə də "axirət dünyası", "Allah", "zühur eləmək" sözlərini icad eləyən insanlar. - Əla! Özün görürsən ki, həyatımız ziddiyyətlərlə doludur, özün də soruşursan ki, niyə ölürük...