Sevdiyinin gözlərində belə göz yaşlarını görməyənlər, insanın bütün varlığının minnətdarlıq və həya hissi ilə donub qalaraq, dünyada nə dərəcədə xoşbəxt ola biləcəyini hələ duymayıblar.
"Mənim tutduğum bu ensizcə yer mənim mövcud olmadığım, mənə dəxli olmayan qalan məkan və sahələrə nisbətən o qədər cüzidir və mənim yaşaya biləcəyim müddət mövcud olmadığım və mövcud olmayacağım əbədiyyətə nisbətən o qədər az və əhəmiyyətsizdir ki...Lakin bu atomda, bu riyazi nöqtədə qan dövran edir, beyin işləyir, nə isə istəyir...Bu nə mənasız şeydir?"
"...- Sənin barəndə başqalarının nə düşündüklərinin sənin üçün nə fərqi var?
- Bilmirəm sənə nə deyim. Əsl adam gərək buna fikir verməsin: əsl adam odur ki, onun barəsində düşünülməli bir şey olmasın, ona itaət ya da nifrət edilsin..."