Azada Mammadzada

"Bizdən asılı olmayan gələcək barəsində danışıb düşünməyin nə mənası var ki...Bir iş görməyə fürsət düşərsə, çox yaxşı, düşməzsə heç olmasa bununla təsəlli taparsan ki, əvvəlcədən boş yerə çərənləməyibsən..."
Etimoloji Defteri
Mücellit Nedir ?
Zaman gah quş kimi uçur, gah da soxulcan kimi sürünüb keçir, ancaq insan üçün o zaman xoş keçir ki, vaxtın sürətlə və ağır-ağır keçdiyini hiss etməsin.
Sayfa 105·Kitabı okudu
" ...- Bütün insanlar həm bədəncə, həm də qəlbən bir-birinə bənzəyirlər. Bizim hər birimizin beyni, dalağı, ürəyi, ciyəri eyni cür qurulmuşdur, əxlaqi keyfiyyət deyilən şeylər də hamıda eynidir: bir-birindən azacıq fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Bütün insanlar haqqında mühakimə yürütmək üçün bircə nəfər insan kifayət edər. İnsanlar da meşədəki ağaclar kimi bir şeydir: heç bir nəbatat alimi hər bir qayınağacı ilə təklikdə məşğul olmaz. - Deməli, sizin fikrinizcə, axmaq adamla ağıllı adam, xeyirxah adamla şər adam arasında heç bir fərq yoxdur, elədir? - Yox, fərq var: xəstə adamla sağlam adam arasında olduğu kimi. Vərəmli adamın ciyəri bizimki kimi qurulmuşsa da, bizimki kimi deyil. Mənəvi xəstəliklər pis tərbiyədən, insanların başlarına uşaqlıqdan doldurulan cəfəngiyyatdan, bir sözlə, cəmiyyətin pisliyindən əmələ gəlir. Cəmiyyəti islah etsəniz, xəstəlik də olmaz..."
Sayfa 98 - Bazarov·Kitabı okudu
"Ləngimək lazım deyil, bir axmaqlar, bir də çox ağıllılar ləngiyərlər."
Sayfa 93 - Bazarov·Kitabı okudu
"Ancaq onlarda nə isə bizə nisbətən bir üstünlük var...Bu gənclikdirmi? Yox, təkcə gənclik deyildir. Bəlkə, bu üstünlük ondan ibarətdir ki, onlarda ağalıq əlamətləri bizdəkindən azdır?"
Nikolay Petroviç·Kitabı okudu