XX əsr bütün dünya ölkələri kimi Fransaya da müharibələrin neqativ təsir etdiyi aydın şəkildə görülməkdə idi. Müharibə toplumu sadəcə iqtisadi və siyasi cəhətdən deyil, ədəbi və siyasi baxımdan da zədələmiş və fərdlərin üzərində psixoloji təsirlərə səbəb olmuşdur. Bu anda isə existensial fəlsəfə, fərdlərin özlərini təhdid altında və anlamsız varlıq kimi hiss etdiyi, cəmiyyətə uyğunlaşa bilməməsi nəticəsində yadlaşdığı və bundan çıxış yolu axtardığı dövrdə meydana çıxmışdır. Albert Camus da bu baxışdan yola çıxaraq qələmə aldığı kitabında Mersault qəhrəmanı ilə fikirlərini sərgiləyir. Baş qəhrəmanın anasının ölümü qarşısında heç bir reaksiya verməsi həm oxuyucunu həm də, kitabdakı digər obrazların da təəccübünə səbəb olmuşdur. Qəhrəman üçün ölüm normaldır və həyatın bir parçasıdır. Mersault obrazı ilə Camus dünyanın yaşanmaz bir yer olduğu və həyatın bu şəkildə davam etməsi fərdin ölümü belə soyuqqanlı şəkildə qəbul etməyə vadar etdiyini bildirir.
Kitabda hansısa konkret final yoxdur və hadisələr bu xətt üzərindən davam edərək Mersaul ilə əslində yadlaşma duyğusunu yaşamış oluruq.