“Doğrular təcrübələrdən, təcrübələr isə səhvlərdən yaranır”. Səhv qorxulu deyil. Qorxulu olan bir səhvi ikinci dəfə təkrar etməkdir. Çox insan özünə qarşı obyektiv olmaqda çətinlik çəkir. Ona görə də öz imkanlarını düzgün qiymətləndirməyərək səhv yolu seçir. Nəticə olaraq qeyd edə bilərəm ki, insan hər keçən gündən nəticə çıxardaraq özünü gələcək gün üçün hazırlamalıdır. Beləcə, daha az səhv edərək daha çox xoşbəxtliyə nail olmaq olar”.
Sevgi gözəl bir hiss və ən ali duyğulardan biri, ən əsası da imtahandır. O elə bir hissdir ki, səni istənilən an mələyə, istənilən anda iblisə çevirəcək, eyni zamanda istənilən an səni zirvəyə çıxarda, istənilən anda durduğun zirvədən aşağı yuvarlayacaq gücə sahibdir. Ona görə də sevməsini bilmək lazımdır.