Varis qələmindən oxuduğum ilk əsər. Kitabda iki fərqli həyat hekayəsindən bəhs olunur. Adındanda göründüyü kimi Yol ayrıcında azıb qalanlar..
Necə deyirdi yazar:
"Simanın əhvalatında əzablar xəyanətə sürükləyirdi qəhramanı, Səidənin əhvalatında isə dəmirləşməyə, daşlaşmağa".
Səidənin həyatı, başına gələnlər məni çox düşündürdü. Bir qadının acizliyimi deyim, iradəsizliyimi deyim. Həyatında baş verənlərə qarşı, onu hər zaman incidən, ona əzab verən insanlara qarşı susması, səssizcə həyatında olan hərşeyi qəbullanması...
Və Simanın həyatı.. Sondakı o səhnə..
1987-ci ilin 7 noyabrı...
"Xoşbəxtliklə gizlənqaç oynamaq olardı. Amma daim o, gizlənən, sənsə tapan ola bilməzdiniz axı..."
Varisdən oxudugum ilk kitab olsada bəyəndim kitabı. Yəqin ki, yazardan tezliklə başqa əsərdə oxuyacam.