Stefan Sveyqin bu kitabda bəşəriyyət tarixinin taleyini dəyişdirən 14 müxtəlif hadisəni axıcı üsulla təsvir etməsi həqiqətən möhtəşəmdir. Xüsusilə də İstanbulun fəthindəki o unudulmuş olan Kerkaporta qapısı detalı və ya Vaterlooda Qrouşinin qətiyyətsizliyinin bütün dünyanın taleyini necə dəyişdiyini oxumaq çox həyəcanverici idi. Sveyq sübut edir ki, bəzən əsrlərin taleyi sadəcə bir neçə saniyədən asılı ola bilər.
Lakin kitabı oxuyub bitirəndə niyə 10 yox, 7 bal verdiyimi də açıqlayım. Sveyq hadisələrə bir tarixçi kimi yox, tam bir yazıçı kimi yanaşıb.
Bu da o deməkdir ki, O, elmi faktlara və sənədlərə yox, daha çox hekayəyə, duyğulara və bədii gözəlliyə önəm verib. Bəzi hekayələr isə digərlərinə nisbətən tempi çox aşağı salırdı və eyni maraqla oxunmurdu. Ümumilikdə pis bir kitab deyil, tarixin quru faktlarından sıxılanlar üçün əla seçimdir. Amma bu kitab Stefan Sveyqin mənim üçün ən möhtəşəm, ən pik nöqtədə olan əsəri ola bilmədi.