Uşaq sanki fikirlərimi oxuyaraq onlara cavab verir:
- İnsanla sadə deyil, mürəkkəb cavablar axtarırlar. Onlar o qədər oz qorxaq yalanlarına dolaşıblar ki, həqiqətin sadəliyini qəbul etməyə cəsarətləri çatmır.
- Nə mənada? Mürəkkəb? Xeyr, mən sadə cavab istəyirəm. Mürəkkəb yox.
Bunu eşidib uşaq üzünü mənə çevirir və yerdən iki budaq götürüb onları T şəkilində onların üzərinə qoyur. Mənə diqqətlə baxır və soruşur:
- Yerdəki nədir? Mən baxıb deyirəm:
- Bu "T"- dır.
O mənə baxır və gülümsəyir :
- Bu sadəcə iki budaqdır. Sadəcə iki budaq. Sən isə bunu mürəkkəbləşdirdin.