Badisəba

Mən sizin müdiriyyətlə danışmaq istəyirəm
O, pul və imtiyazlar üçün gəlmişdi dünyaya. Güc və şöhrət onunla yanaşı gedirdi. O, ətrafdakı insanların onun kiçik şıltaqlığına görə əldən-ayaqdan çıxmalarına vərdiş etmişdi. Ancaq burda, təəssüf ki, rədd cavabı almışdı. - Üzr istəyirəm,- cavab belə olmuşdu.- ancaq burda sizin üçün yer sifariş edilməyib. Və Müqəddəs Pyotr cənnətin qapısını üzünə bağladı.
Devid KirklandKitabı okudu
Reklam
Nəfs
- Bunu içən heç vaxt susuzluq hiss etməyəcək - xəyalət əlindəki qədəhi uzadaraq dedi. Camaat diksindi, dəhşət içində donub qaldı. Biri cəsarət etdi, addım atdı. O, qədəhi götürdü, son damlasına qədər içdi və boğazını tutaraq yıxıldı. O, bir az qıvrıldıqdan sonra sakitləşdi. Birdən izdiham ah-vay etdi, kabus sönməyə başladı. - Məgər mən yalan dedim?- tüstü duman içində yox olaraq qəhqəhə çəkdi.
Sayfa 109 - Erik Sendberq və Kris HansenKitabı okudu
Zaman və pullar
İyirmi yaşında o, zəhmətkeş idi, otuz yaşında varlı oldu. - Zaman puldur. - atası həmişə deyirdi. Avaralanmasan, bir də gördün, artıq dollar qazandın. Onun otuz səkkiz yaşı tamam olanda biznesi birdən-birə alt-üst oldu, arvadı onu tərk etdi. O, ciddi xəstəliyə tutuldu. Sağalandan sonra o, günün altında qızınaraq uşaqlarına dərk etdirirdi: - Zaman zamandır, pul puldur.
Sayfa 92 - Daq LonqKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
O, Henri!
Onlar milad bayramı hədiyyələri verirdilər bir-birlərinə. Ona elə gəlirdi ki,hər şey yaxşıdır. Həqiqətən, təsirli səhnə idi, xüsusilə, onların maliyyə çətinliklərini nəzərə alsaq. Bəli, ağır zamanlar idi, ancaq sevgi yenə də qalib gəldi. Əgər doğrudan da,sevirsənsə ... Qəfildən bir fikir onu sarsıtdı: "Onun saçları yenə uzanacaq,saatım isə HƏMİŞƏLİK getdi!" Bayırda kədərli dekabr qarı yağırdı!
Sayfa 89 - Ceffri Skott BeykırKitabı okudu
Reseptlər kitabı- ondan qalan tək şey
İki ürək qırıb, diqqətlə ortasını yox edin. Şərab səpin. Zövqə görə, qəlb əlavə edin; onu oyub boşaldın. Təmkini əridin və qabaranadək mələfələrdə bişirin. Üstünü həzlə bəzəyin. Bir də gözyaşı, mənası olmayan sözlər, ümidlər və emosiyalar əlavə edə bilərsiniz. Ürəklərin qalıqlarını döyüşdürüb əzin, yeməyin üstünə acılı səpin. Soyuq şəkildə verin. Sonra bütün bunları atıb yenidən başlayın.
Sayfa 88 - Kristina FinkeKitabı okudu
Reklam
Reklam
1.364 öğeden 31 ile 45 arasındakiler gösteriliyor.