Bahar Bəxtiyarqızı Sevgi, əslində, ayrılığın cızdığı yoldur.
Gedirik! Amma yenə sevdiyimizə yaxınlaşırıq.
Sevgi bəzən arxası görünməyən, digər tərəfi
əks etdirən şüşə kimidir. O içinizi aydın gördüyü
halda, siz yalnız onun üzünü, yaxud maskasını
görürsünüz. Belə olanda isə bir-birinizi
görməyiniz önəmli deyil. Görə bilmədiyiniz
adamın başqasını seçdiyindən xəbər tutmaq,
o anın yaşatdığı peşmanlıq, ağrı hisslərini
dərk etmək çox ağırdır.
Luna sakit görünürdü, amma içi şişmiş
şar kimi hər an partlamağa hazır idi.
Gecədən xeyli keçmişdi. İlqar yenə evə
gec gəlmişdi. Lül-qənbər olana kimi içmişdi,
ayaq üstə güclə dayanırdı. Özünü elə pallı-paltarlı
birtəhər yatağa yıxıb o dəqiqə də
yuxuya getdi. Xorultusu bütün otağı bürümüşdü.
Lunanın isə gözünə yuxu getmədi.
Ayağa qalxıb pəncərəni açdı, önündə əyləşdi.
Səma ulduzlarla bəzənmişdi. Gecəyarısı
olsa da, şəfəqləri səmanı sarıya boyamışdı.
Çox sevdiyi dan ulduzu aydın seçilirdi. Luna
özünü dan ulduzuna bənzədirdi. Deyirdi:
“Mənim də ulduzum heç sönməyəcək”. Buna
inanırdı; ən çox da Əhmədi tanıyandan sonra.
Yenə xəyalında keçmişə qayıdıb Əhmədlə
olan xatirələrini vərəqləyirdi. Əlvida Deməyə Tələsmə
Əlvida Deməyə Tələsmə “Əlvida” deməyə tələsmə / 79
Mütaliəni çox sevən Luna evlərinin
yaxınlığındakı kitabxanaya üzv olmuşdu. Elə
oradaca əyləşib həm kitab oxuyar, həm də
fikrini dağıdardı. Bu minvalla günün üçdə bir
hissəsini kitabxanada keçirərdi. Bir gün seçdiyi
və artıq oxuyub bitirdiyi bir kitabı rəfə qoyanda
bir oğlan ona yaxınlaşdı:
– Olarmı, o kitabı mənə verəsiniz? – soruşdu.
– Əlbəttə, buyurun, – sonra oğlanın
əlindəki kitaba nəzər salıb, – Bitirmisinizsə,
mən də sizdəki kitabı ala bilərəm? – sualını
verdi.
– Təbii ki, buyurun.
Oğlanın gözlərində kədər, üzündə
qəhər vardı. Bu, Lunanın gözündən yayınmamışdı.
Əyləşib həmişəki kimi ən sonda,
pəncərə önündə kitabı vərəqləməyə, aramla
oxumağa başlayanda gördü ki, kitabın bəzi
cümlələrinin altından sadə qələmlə xətt çəkilib.
Bir qədər duruxdu. Çox güman ki, bunları
oğlan xətləmişdi. O cümlələr necə də qəlbinə
toxunurdu. Sonra dərin ah çəkdi. “Yəqin, bu
oğlanın da taleyi heç yaxşı gətirməyib. Mənim
kimi nakam məhəbbətin qurbanıdır”, –
düşünüb ona nəzər saldı. Bahar Bəxtiyarqızı
Əlvida Deməyə Tələsmə Əhməd özünü dərin bir quyunun içində
çarəsiz və kimsəsiz hiss edirdi... Əslində, bilirdi
ki, nə vaxtsa bu üzləşmə baş verəcək, acı
həqiqət gec-tez aşkara çıxacaq. Amma ümid
edirdi ki, məhkəmədən sonra Lunaya hər şeyi
danışmaq daha rahat olacaq.
Artıq gec idi... Göz görə-görə Luna əllərindən
qopub getmişdi. Saxlamağa nə üzü
vardı, nə cəsarəti. Luna haqlı idi axı.
“Görəsən, nə edir? Yəqin, ağlayır, mənə
də nifrət edir, – ikiəlli başına qapaz saldı, –
Sən nə etdin, Əhməd? Niyə belə addım atdın?
Onu hamıdan qorumağa çalışdığın halda
ən böyük düşməni özün oldun! Ən çox sən
incitdin onu!”
Luna otağına qapanmışdı. Nə düz
əməlli yemək yeyir, nə də ayağını qapıdan
çölə qoyurdu. Bu vəziyyəti anasını da narahat
edirdi. Baş verənlərdən bixəbər ana qızının
xəstələndiyini düşünürdü. O daim şən, həyatsevər
qız getmiş, yerinə üzündəki təbəssümü
solmuş və göz yaşları qurumayan biri gəlmişdi.
Onsuz da, Luna zərif, incə qız idi. Bir neçə
günün içində lap arıqlayıb zəifləmişdi. Nə
edəcəyini bilmirdi.