Y.Şəriəti.

Şiilik ise İslam tarihinde yüzünü ve yönünü Muhammedin varisi adalet ve hakikat İslamının sembolü olan Ali'nin "hayır" ıyla belrginleşmiş olan İslamdır.
Sayfa 13
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Mekarim Şirazi "İmam Mehdi Cahanşümul Hakimiyyət
7/10
·152 syf.·
2025 7. kitabı
İslam o qədər gözəl bir dindir ki insan oxuduqca oxumaq,dərinlərə daldıqca dalmaq istəyir.Təəssüflər olsun ki,bu gün həqiqi bir İslam dünyasından uzaq olsaq da bizim bir inancımız var.Bir gün o gələcək və İslam günəşi dünyada parlayacaq. O gün insanlar sədəqə verməyə bir bəndə tapmayacaq,o gün heç kimin qonşusu ac yatmayacaq,məzlumlar zülm görməyəcək. Bir çoxları Mehdi inancının insanları tənbəlləşdirdiyini düşünsə də kitab bizə göstərir ki,əslində bu intizar , gözlənti yanan ocağın daimi nəzarətçisidir.Bu intizar o İslami cəmiyyətin qurulması üçün çox önəmlidir ilk növbədə bunu anlayırıq. "Əgər mən özümdə günahkar olub , pak deyiləmsə , yer üzünü çirkin insanlardan təmizləmək məramında olan bir inqlabın intizarını çəkənlərdən necə ola bilərəm ?" Kitabda xilaskar inanışınının digər dinlərdəki varlığından (Hinduizm,Qədim Çin Mətnləri,Yəhudilik,Xristianlıq,Zərdüştlük) bu inanışın əhəmiyyətindən bəhs edərək Mehdi (ə.s) zühurunun əlamətlərindən (yəer üzündə fitnənin çoxalması,haqqın əziləcəyi,müsəlmanlara zülm olacağı,kişilərin kişilərə qadınların qadınlara tamah salacağı kimi əlamətlər və.s) bəhs edir. Dəccalın ,dəcalların varlığına işarə edərək , Mehdi inancının varlığına istiqamətli hədislərin təvatür hədislər olduğu ilə əlaqəli məzhəblər arası fikir birliyi olduğu haqqında da məlumat verir. Mövzu ilə əlaqəli yaxşı kitabdır,giriş niyyəti ilə oxuna bilər.
İmam Mehdi: Cahanşümul HakimiyyətAyetullah Nasır Mekarim Şirazi · İmam Ali adına İslam Araştırmaları Merkezi · 20132 okunma
Dünya zülm və haqsızlıqla partlamaq üzrədir.Məhz o zaman parlaq günəş buludların arxasından görünəcək ! O zaman buludlar tamamilə çəkiləcək ! Biz hamımız o günün intizarındayıq və deyəsən sübh yaxındır.
Sayfa 149
O həzrətin rəhbərliyi sayəsində dünyaya əmin amanlıq hökm sürəcək və rəvayətə əsasən qadınlae heç bir problemlə üzləşmədən dünyanın şərqindən qərbinə səfər edəcəklər.
Sayfa 137
Yer üzündəki xarabalıqların mənşəyi maliyyə çatışmazlığından yox əksinə hegemon rejimlərin vasitəsilə maliyyə və işçi qüvvəllərinin yersiz məsrəfi və məsuliyyətsizliklərindən yaranır.
Sayfa 131