Ağ zambaqlar ölkəsində: sadəcə qısa bir not
Atatürkün bu kitabı niyə bu qədər önəmli saydığını bitirdikdən sonra anladım. Bir ölkənin taleyini, sadəcə ölkənin başçısı yox həmçinin o başçını seçən xalq da müəyyən edir. Kitabda çox sevdiyim məqamlardan biri bu cümlə oldu: “ Herkes hayattan almak ister fakat kimse ona bir şey vermeyi düşünmez”. Həqiqətən çox zaman ətrafımızdakiləri, cəmiyyəti, və ya kapitalizmi günahlandırırıq, niyə belə etmədilər niyə belə olmadı deyə. Lakin heç vaxt özümüzü dəyişməktən başlamırıq.
Digər sevdiyim məqam isə Finlandiyanın təhsilə verdiyi önəm idi. Əgər bir xalqın yenidən güclü olmağını istəyiriksə ilk öncə insanlara təhsil verməliyik və bütün məsələ təhsillə bitmir sənət və idmanda bu işin bir parçasıdır.