Öləsən, basdırırlar. Diriləsən. Çıxasan qəbirdən. Gəlib
xəlvətcə baxasan. Görəsən barı öləndən sonra sevdiklərin səni anladılar? Anladılarsa, qayıdıb girəsən qəbirə ki, səni görüb yenə anlamaz olmasınlar. Elə anlamasalar da, qayıdasan qəbirə. Torpağın altında olanda adamı üstdəkilər daha yaxşı bașa düşürlər...
Ömür dediyimiz də həyatla ölüm arasında hansısa bir keçid, müəyyən bir müddətdir. Və bəzən biz öz içimizdəki o keçməyənlərə ilişib ömür boyu vurnuxuruq həyatla ölüm arasında...