Hacızadə15》

Hacızadə15》
@Book1524
Nəimi
Nəimi
İqtisadiyyat
04.04
Sumqayıt
400 okur puanı
Ağustos 2023 tarihinde katıldı
8/10
·64 syf.·
2026 6. kitabı
Burun
Burun
Qoqolun “Burun” hekayəsi absurd və satira üzərində qurulmuş fəlsəfi bir əsərdir. Əsərin qəhrəmanı mayor Kovalyov bir səhər oyananda burnunun yoxa çıxdığını görür. Daha da qəribəsi odur ki, burun artıq ayrıca bir şəxs kimi, yüksək rütbəli məmur libasında şəhərdə gəzir. Kovalyov onu geri almaq üçün çabalasa da, cəmiyyətin rütbə və vəzifəyə olan kor-koranə hörməti onun yolunu kəsir. Bu hekayə insanın kimliyinin zahiri mövqe ilə ölçülməsini tənqid edir. Burun – insanın şərəfi, adı, cəmiyyətdəki dəyərinin simvoludur. Kovalyov burnunu itirəndə, sanki özü də “heç kim” olur. Qoqol göstərir ki, cəmiyyət insana şəxsiyyətinə görə yox, vəzifəsinə və görünüşünə görə dəyər verir. “Burun” bizə deyir: əgər insan öz dəyərini yalnız başqalarının baxışı ilə ölçürsə, bir gün özünü də itirə bilər.
BurunNikolay Gogol · Tutku Yayınevi · 20177,1bin okunma
10/10
·72 syf.·
2026 4. kitabı
"Hamımız Gogolun paltosundan çıxmışıq"
Nikolay Gogol
Nikolay Gogol
Palto
Palto
əsəri insanın taleyinin necə asanlıqla əzildiyini göstərən səssiz bir fəlsəfi etirafdır. Akaki Akakiyeviç nə pisdir, nə də günahkar — o, sadəcə fərq edilməyən bir insandır. Onun faciəsi ondadır ki, cəmiyyət onu insan kimi deyil, funksiyası qədər dəyərli hesab edir. Palto Akaki üçün istilik yox, tanınma ehtiyacıdır. O, paltonu geyindikdə ilk dəfə başqalarının baxışında yer tutur. Lakin bu tanınma maddi bir əşya üzərində qurulduğu üçün müvəqqətidir və asanlıqla əlindən alınır. Qoqol demək istəyir ki, insanın varlığı başqalarının baxışından asılı olduqda, o varlıq həmişə təhlükə altındadır. Əsərin sonundakı kölgə isə unudulan insanın vicdanlara çevrilmiş səsidir — sağ ikən susan həqiqətin, ölümdən sonra danışmasıdır.
1000Kitap
PaltoNikolay Gogol · Tutku Yayınevi · 201746,1bin okunma
9/10
·400 syf.·
2025 93. kitabı
Uzun müddətdir mənə belə təsir edəcək kitab oxumamışdım.
El Kızı
El Kızı
nı oxuyarkən həm hadisələrə, həm də qəhrəmanların yaşadığı hisslərə qarışdım. Bəzi səhifələrdə qəzəbləndim, bəzilərində isə dərin bir kədər hiss etdim. Amma ən çox da
Orhan Kemal
Orhan Kemal
ın insan ruhunu bu qədər sadə, amma təsirli ifadə etməsinə heyran qaldım. Romanda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların həyatlarını və bir qadının bu mühit içində öz yerini tapmaq mübarizəsini təsvir edir. Əsərdə həm sevgi, həm ailə münasibətləri, həm də sosial ədalətsizlik kimi mövzulara toxunulur. Yazıçı sadə insanların gündəlik həyatını, onların daxili dünyasını və yaşadıqları ziddiyyətləri böyük bir səmimiyyətlə oxucuya çatdırır. Kitabda ailə daxili konfliktlər sonda bir qadının həyatının məhv olmasına səbəb oldu. Bir daha şahidi oldum ki, haqsızlığa susub, göz yumanda insanın başına vurub çörəyini əlindən alırlar. Kitab tam bu ifadənin yansıması idi. Xoş oxumalar♡
1000Kitap
El KızıOrhan Kemal · Everest Yayınları · 202615bin okunma
Bu ayın son kitabı
10/10
·108 syf.·
2025 89. kitabı
Taaşşuk-ı Talat ve Fitnat
Taaşşuk-ı Talat ve Fitnat
Bir kitab düşünün, qız ögey atası tərəfindən evləndirilir. Amma evləndiyi insan doğma atasıdır. Bəli, kitabı "Müsibətnamə"də adlandıra bilərik. Kitab Osmanlı ədəbiyyatın və ümumiyyətlə Şərqdə ilk roman sayılır. Qadın haqqlarının olmaması, maarifsizlik, cahillik, qadının bir əşya kimi alınıb satılması- hekayədə bunlar ən incə detalına qədər əks olunub. Kitabda ən sevdiyim hissə isə Saliha xanımın anasının sözləri oldu. Beləki ana qızına,"səni alacaqlar, evlənəcəksən" yox " sən alacaqsan, sən seçəcəksən " deyir. Kitabın yazılmasının üstündən kifayət qədər vaxt keçməsinə baxmayaraq, hələ də cəmiyyətdə eynən bu hadisələrin (erkən nigah, qadınların təcridi) olması doğurdan da acınacaqlıdır. Əsərin sonunda isə göz yaşlarımı saxlaya bilmədim. Fikrimi
Sofie'nin Dünyası
Sofie'nin Dünyası
kitabından bu alıntı ilə tamamlamaq istəyirəm: "Ama Platon aynı zamanda kadınları eğitmeyen bir devletin sadece sağ kolunu kullanan bir insana benzeyeceğini söyler."
Taaşşuk-ı Talat ve FitnatŞemseddin Sami · Türkiye İş Bankası Kültür Yayınları · 202537,9bin okunma
8/10
·400 syf.·
2025 83. kitabı
Səssiz Pasiyent
Səssiz Pasiyent
•Travma va ușaqlıq yaralarının insan həyatına təsiri • Sevgi və xəyanət •Daxili sükutun və ifadə edilməmiş hisslərin dağıdicı gücü •Psixoterapiya va insan ruhunun dərinlikləri Kitab haqqında: Roman psixoloji triller janrındadır və hadisələr məşhur rəssam Alicia Berenson ətrafında cərəyan edir. O, xoşbəxt ailə həyatı sürərkən qəfil bir hadisə ilə həyat yoldaşını öldürməkdə ittiham olunur. Bundan sonra Alicia tamamilə susur və bir daha heç kimlə danışmır. O, psixiatriya klinikasına yerləşdirilir və orada psixoterapevt Theo Faber onun sükutunun səbəbini anlamağa çalışır. Theo, Alicianın keçmişinə, psixologiyasına və onun həyatında baş verən sirli hadisələrə dərindən nəzər salır. Ümumilikdə kitabı bəyəndim. Demək olar ki,
Rocer Ekroydun Qətli
Rocer Ekroydun Qətli
kitabına bənzətdim. Amma hadisələri daha incə işləmək olardı. Çünki dedektiv oxuyan biri ipuclarını asanlıqla görə bilirdi. Xülasə olaraq, roman boyunca oxucu həm Alicianın sirrini, həm də Theomun daxili dünyasını kəşf edir. Hekayə çoxsaylı emosional, gərgin və gözlənilməz anlarla doludur.
1000 Kitap
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 202112,5bin okunma