•Sevənlər anlamalıdırlar ki, evlilikdən sonra sevgi bitmir,sadəcə sevginin rəngi, mənası dəyişir, ancaq bu yenə də sevgidir. Müsbət halda,bu sevgi iki ömür yoldaşının arasında yaranan möhkəm dostluğa çevrilir. Mənfi halda düşmənçiliklə bitir......♡♡
Nəşə və narkotik bir insanın qanına işlədisə, onun bu
yoldan çəkilmək uğrunda illərlə apardığı mübarizəsi, bircə yalnış addımla
boşa gedə bilərdi.Belə bir təhlükə hər narkomanın başının
üstünü kəsdirib, onun axır ki, bir yerdə zəiflik göstərəcəyini, səhv
buraxacağını gözləyirdi.O səhv buraxıldımı, hər şey geri dönər, insan yenidən, min-bir əziyyətlə, iməkləyə-iməkləyə çıxdığı həmin o
quyunun ən dərin yerinə yuvarlanardı.O quyudan çıxmaq ona bir də nəsib olacaqdımı...bunu artıq heç kim deyə bilməzdi....
•Əgər bir qadın bir kişinin sevgisinə layiq deyilsə,kişi o qadını kəsib atmağı bacarmalıdır. Sevən adam gərək hər zaman ayıq olsun ki, qürurunu mənliyini əldən verməsin. Əks halda,mühit onu tapdağ- tapdağ edəcək.