-Nə qədər, Zeze?
-İki yüz real.
-Niyə ki iki yüz? Hamı dörd yüz real alır.
-200 bəsimdir. Hələ ki, yaxşı boyaqçı deyiləm, yaxşı boyaqçı olanda 400 alaram....
Bizə heç nə eləmirdilər, sadəcə olaraq, mütləq heçliyin qoynuna atmışdılar, görünür, bilirdilər ki, yer üzündə heçnə heçlik qədər insan qəlbini sıxa bilməz....
-Zeze, nə olub sənə?
-Heç nə. Mahnı oxuyurdum.
-Mahnı oxuyurdun?
-Hə.
-Onda mən deyəsən, karam.
Deyəsən, o bilmir ki, ürəkdə də mahnı oxumaq olur. Susdum. Əgər bilmirsə, mən də öyrətməyəcəkdim....