Bəzən də o, bu "ətlərdən" qorxub aradan çıxmağa məcbur olurdu. İnsan kimi düşünsəydi canavar balası, yəqin ki, bu nəticəyə gələrdi: həyat-doyunca yemək üçün ehtirasdır, dünya isə səhnədir. Bu səhnədə doymağa can atan adamlar bir-biri ilə mübarizə aparır, vuruşur, bir-birini təqib edirlər.Onlar bir-biriləri üçün yemək əldə edir, hətta bir-birini yeyirlər. Səhnədə qanlar tökülür,orada başdan-ayağadək amansızlıq hökm sürür.Bir sözlə həyat meydanı qarmaqarışıqlarla, təsadüflərlə doludur....
O öz canavar vəzifəsini yerinə yetirirdi. Elə bunun üçün də doğulmuşdu. Axıra qədər döyüşdü. Həyatın ali məqsədini yerinə yetirərək öz varlığını da təsdiq etdi. Çünki həyat o vaxt zirvəyə qalxır ki, bütün qüvvələr qarşıya qoyulan məqsədin həyata keçirilməsinə yönəldilsin. Yalnız bu anlarda həyat həyatlığında qalır....