Xalid Həmidov

Xalid Həmidov
@Brummerh
Eskiden Azerbaycan Türkçesiyle olan kitap pdf arşivi vardı. Onun linkini bilen birileri var mı?
pdf arşiv
Xalid Həmidov
mir.az Azərbaycanca kitablar paylaşır, oradan kateqoriyalar şəklində baxa bilərsiniz
Reklam
Mifologiyalarda Göyqurşağı
●Mifologiyaya görə yunan tanrılarının kraliçası olan Hera Yer üzü ilə xəbərləşmək istədiyində "rəngli paltar"ını geyinərək gedən xəbərçisi İris'i göndərirdi. Qədim Afinadakı insanlar İris'in vəzifəsini həyata keçirdiyini göyqurşağı görünəndə anlayırdılar. ●Bir çox mədəniyyət göyqurşağını cənnətlə dünya arasındakı körpü olaraq görür. ●Təbiətdəki ən gözəl mənzərələrdən biri olan göyqurşağı Qərb mədəniyyətində ümid və şans simvolu olmuşdur. ●İran müsəlmanlarına görə göyqurşağındakı rənglərin bir önəmi vardır. Yaşıl bolluq, qırmızı savaş və sarı isə ölüm anlamına gəlir. ●Sibirdə "Günəşin dili" olaraq düşünülür. ●Cənubi Amerika yerliləri isə göyqurşağının dənizin üzərindən görülməsinin bir şans olduğuna inanırlar. ●Digər adları: alkım, ebekuşağı, ebemkuşağı, eleğimsağma, hacılarqurşağı, məryəmanaqurşağı, alaimisemadır. Yeygör, Süleyke kimi adlarla da bilinir. ●Moğollar Solongo deyirdilər. Buryatlar isə Holongo olaraq adlandırırlar. ●Türk mədəniyyətində Alkım və ya “Alaqurşaq” da deyilir. Umay Ana Yer üzünə enmək üçün göyqurşağından istifadə edir. ●Bəzən göyə asılmış bir yay olaraq düşünülür. ●Bəzən bir yol olaraq təsvir edilir. ●"Al inancı"na əsasən isə yerlə göyü bir-birinə bağlayan sehirli bir körpüdür. Pura adlı qoçlar və ya atlar (ruhlar) alkımın (göyqurşağı) üzərində görülür. ●Qazaxlarda isə başqa bir mifoloji varlıqla əlaqəlidir və Kempirkoşak (Kempirkuşağı), Enekemkoşak/Cenekemkoşak deyilir. Anadoluda uşaq oyuncaqları olan göyqurşağı kimi rəngli kiçik toplara (misket) Eneke deyilir. Teleut türklərində isə "Eneke" sözü "qoruyucu ruh" deməkdir. "Koşak" sözünün "qoç, kukla, əkiz" kimi mənaları var. ●Bütün dünya mifologiyalarında maraqlı ünsür olan göyqurşağı bir çox xarici təsirlə qarşılaşsa da, bir qurşaq olduğu və yer üzünü bürüdüyü fikri əslində eyni olaraq qalır.
Bilim
Xalid Həmidov
Çox gözəl yazı olub, əllərinizə sağlıq.