Amashova Fidan

Amashova Fidan
@Byfeedann
Çağımızda insanlar her ṣeyin fiyatını öğrenmişler ama hiçbir şeyin değerini bilmiyorlar.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim

Amashova Fidan

, bir kitap okudu
Puan vermedi·80 syf.·
2023 92. kitabı
Anton Çehov
7.5/10 · 11,4bin okunma
Əqrəb Mövsümü
9/10
·206 syf.··
2023 90. kitabı
Əqrəb oxuduğum maraqlı dedektiv kitablardan biridir.Kitabi oxuyarkən təəccüblənməmək mümkün deyil.Mən bu kitabı oxuduqda öz-özümə fikirləşdim ki,bir insanın keçmişdə etdiyi səhv gələcəkdə necə böyük faciələrə yol aça bilərmiş...Kitabda məşhur biznesmen Qurban Kazımovun həyatının birdən-birə viran olmasından danışılır.Əslində bu viran birdən-birə olmamışdı,keçmişdən toplanan intiqam istəyinin nəticəsi idi. Qurban Kazımovun Səkinə xanım adlı həyat yoldaşı,Nurlan,Kərim,Kamran və Nailə adında övladları var.Ailədə faciənin baş verməsini ilk olaraq Nurlanın timsalında görürük.Nurlan evdən çıxır və daha sonra Nurlanın öldürüldüyü öyrənilir.Beləliklə,Qurban Kazımov və onun ailəsi dəhşətə düşür.Burada belə bir məqam var ki,bu adi qətl hadisəsi deyil.Nurlanın altında "V" hərfi işarələnmişdi və meyit 6 hissəyə parçalanaraq şəhərin müxtəlif hissələrinə atılmışdı.Bütun bunları etməkdə məqsəd nə idi?Bu qətl hadisəsi ilə təcrübəli müstəntiq Rauf Eyvazov məṣğul olmağa başlayır.Daha sonra Qurban müəllimə deyirlər ki,bu qətlin üstünü Kənan Orucov aça bilər.O,Türkiyədən yenicə qayıdan məşhur dedektivdi,lakin artıq bu işlərlə məşğul olmaq istəmir və elə olur ki,Kənan Orucovla danışıb onu razı salırlar,beləliklə o qətli araşdırmağa,müəyyən faktlar toplamağa başlayır,mümkün ola biləcək hər bir variantı təhlil edir.Hadisələr beləcə davam edir,daha sonra ailədə yenə qətl hadisələri baş verir.Bu hissələri çox təfərrüatlı danışmaq istəmirəm ki,oxuyacaq olanlar üçün maraqlı olsun.Qatil bu cinayətləri iz qoyaraq etmişdi və kitabın adının da Əqrəb olması heç də təsadüfi deyil,biz bunu sonlara yaxın başa düṣürük.Kitabda bu hissə çox təsirli hissələrdəndir: -Elə Səkinə xanım da gözlərini Qurban kişinin üzünə dikib xəyallara dalmışdı.Uşaqlarının körpə vaxtlarını xatırlayırdı.O,hələ də başlarına
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma