Amashova Fidan

Amashova Fidan
@Byfeedann
Baku State University
31 okur puanı
Şubat 2023 tarihinde katıldı
10/10
·180 syf.··
Beğendi
·
2023 94. kitabı
·
11 günde okudu
·
Okunma: 29 Aralık 2023 00:15
Intibah bitməyini istəmədiyim,çox təsirli,mükəmməl kitablardan biridir.Bu kitab bizə bir daha xatırladır ki,bir səhv insanın həyatını necə puç edə bilər.Bu kitabla mən bir daha dəqiq şəkildə əmin oldum ki,öz gözünlə görmədiyin,kimdənsə eşitdiyin hadisələrə çox da inanma,gerçəkliyini özün araşdır.Kitabları oxuyarkən unuda bilmədiyimiz,bizə dərindən təsir edən obrazlar olur.Burada bu obraz Dilaşubdur.Kaş həyatın daha fərqli olardı mərd,dözümlü,sadiq Dilaşub...
Edebiyat & Roman
İntibahNamık Kemal · Karbon Kitaplar · 201949,1bin okunma
Reklam
Əqrəb Mövsümü
9/10
·206 syf.··
2023 90. kitabı
Əqrəb oxuduğum maraqlı dedektiv kitablardan biridir.Kitabi oxuyarkən təəccüblənməmək mümkün deyil.Mən bu kitabı oxuduqda öz-özümə fikirləşdim ki,bir insanın keçmişdə etdiyi səhv gələcəkdə necə böyük faciələrə yol aça bilərmiş...Kitabda məşhur biznesmen Qurban Kazımovun həyatının birdən-birə viran olmasından danışılır.Əslində bu viran birdən-birə olmamışdı,keçmişdən toplanan intiqam istəyinin nəticəsi idi. Qurban Kazımovun Səkinə xanım adlı həyat yoldaşı,Nurlan,Kərim,Kamran və Nailə adında övladları var.Ailədə faciənin baş verməsini ilk olaraq Nurlanın timsalında görürük.Nurlan evdən çıxır və daha sonra Nurlanın öldürüldüyü öyrənilir.Beləliklə,Qurban Kazımov və onun ailəsi dəhşətə düşür.Burada belə bir məqam var ki,bu adi qətl hadisəsi deyil.Nurlanın altında "V" hərfi işarələnmişdi və meyit 6 hissəyə parçalanaraq şəhərin müxtəlif hissələrinə atılmışdı.Bütun bunları etməkdə məqsəd nə idi?Bu qətl hadisəsi ilə təcrübəli müstəntiq Rauf Eyvazov məṣğul olmağa başlayır.Daha sonra Qurban müəllimə deyirlər ki,bu qətlin üstünü Kənan Orucov aça bilər.O,Türkiyədən yenicə qayıdan məşhur dedektivdi,lakin artıq bu işlərlə məşğul olmaq istəmir və elə olur ki,Kənan Orucovla danışıb onu razı salırlar,beləliklə o qətli araşdırmağa,müəyyən faktlar toplamağa başlayır,mümkün ola biləcək hər bir variantı təhlil edir.Hadisələr beləcə davam edir,daha sonra ailədə yenə qətl hadisələri baş verir.Bu hissələri çox təfərrüatlı danışmaq istəmirəm ki,oxuyacaq olanlar üçün maraqlı olsun.Qatil bu cinayətləri iz qoyaraq etmişdi və kitabın adının da Əqrəb olması heç də təsadüfi deyil,biz bunu sonlara yaxın başa düṣürük.Kitabda bu hissə çox təsirli hissələrdəndir: -Elə Səkinə xanım da gözlərini Qurban kişinin üzünə dikib xəyallara dalmışdı.Uşaqlarının körpə vaxtlarını xatırlayırdı.O,hələ də başlarına
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
Puan vermedi·223 syf.··
2023 85. kitabı
Bir Sürgünün Xatirələri Əziz Nesinin ilk oxuduğum kitabıdır.Bu kitabı oxumamışdan qabaq elə düşünürdüm ki,burda yer alan hadisələr çox kədərli olacaq,amma tam tərsinə,elə deyilmiş...Burda çox gülməli hadisələr var,lakin insanı uzun müddət düşünməyə vadar edən,insanın qəlbini sızladan hadisələrdir,bir növ satirik gülüşdür.Kitabın ən təsirli hissələrindən biri də əhalinin sürgün Əziz Nesinə olan qəribə münasibətidir,əfsuslar olsun ki,elə düşünürlər ki,o sürgündür,deməli, pis biridir,ondan qorxurlar,onunla ünsiyyətdə olmaq istəmirlər,bu da onsuz da çətin olan sürgün həyatını daha da çətin edir.Digər bir məqam isə Əziz Nesinin sürgün yoldaşı Ustad obrazının ona etdiyi hiylələr,onu aldatmağı,yalan danışmağıdır.Bu obrazla şahid oluruq ki,insan bəzən heç gözləmədiyi birindən zərbələr alarmış.İlk başlarda Əziz Nesin bunun fərqinə vara bilmir,zaman keçdikcə anlayır. Bir sözlə,hər birimizin sürgün həyatının necə olduğu barədə müəyyən təsəvvürlərimiz var,bu kitabla sürgün həyatına bir az da yaxından şahid olmaq olur.
Bir Sürgünün AnılarıAziz Nesin · Nesin Yayınevi · 20171,514 okunma