– Elə bir məqam yetişəcək ki, hamımız öləcəyik. Hamımız, bir nəfər kimi öləcəyik. Bütün bəşəriyyətdə insanın var olduğunu, onun hər hansı bir iş görüb-görmədiyini xatırlayacaq bircə nəfər də qalmayacaq. Məni, sizi və ya burdakıları demirəm, heç Aristotel və Kloepatranı da xatırlayan olmayacaq. İnsanlığın bu günəcən yaratdığı, tikdiyi, yazdığı, düşündüyü və ya kəşf etdiyi hər şey unudulacaq və bu şeylərin hər biri boşluqla əvəzlənəcək.