Sən mənim dodağımdan öpdün. Mən səni astaca itələdim və qapıya tərəf çöndüm. Sən soruşdun:
– Özünlə gül götürmək istəyirsən?
Mən:
– Hə – dedim.
Sən yazı stolunun üstündəki göy büllur vazadan dörd dənə ağ qızılgül çıxartdın.
O qızılgülləri mənə verdin və mən hələ bir neçə gün onları öpdüm.
Sən mənim sevgimin sirrini bilməyəsən, axı o səni qorxuda bilər, çünki sən ancaq yüngül, çəkisiz, təsaddüfi şeyləri xoşlayırsan, sən kiminsə taleyinə qarışmaqdan qorxursan.
Biz sənin evinə qalxdıq. Sevgilim, bağışla, ancaq sən başa düşə bilməzsən mən hansı hisslərlə həmin pilləkənləri
qalxdım. Başa düşə bilməzsən bu necə sərxoşedici, əzabverici, demək olar ki, öldürücü bir xoşbəxtlik idi.Mən indi də bu bəradə düşünəndə gözüm yaşarır, baxmayaraq ki, mənim daha göz yaşım qalmayıb...
Biz birlikdə kiçik bir restoranda şam elədik – oranı xatırlayırsan? Yox, yəqin ki, sən o gecəni digər ona oxşar gecələrdən fərqləndirmirsən, axı mən sənin üçün kim idim ki? Yüzdən biri, təsadüfi macəra, sonsuz zəncirdə bir bənd…