… Ancaq yenə də: mənim bütün günü işim– gücüm ancaq səni gözləmək idi. Bizim qapımızda yumru gözlük var idi ki, ordan baxanda sənin qapın görsənirdi.
Bu deşik – yox, sevgilim, gülmə, hətta indi də mən onun arxasında keçirdiyim saatlara görə utanmıram –mənim dünyaya pəncərəm idi.
Mən öz paltarlarımı təmizləyib tikirdim ki, sənin gözünə səliqəsiz geyimli çıxmayım və məktəb önlüyümün üstündə anamım paltarının parçasından tikilmiş dördbucaq formalı yamaqdan çox əzab çəkirdim.
Qorxurdum ki, sən bu yamağı görərsən və mənə rişxənd edərsən, ona görə də mən pilləkənlə qalxanda kitablarla dolu çantamı sol küncümə sıxaraq qaçırdım və qorxudan əsirdim ki, sən mənim geyimimdəki bu eybi görməyəsən.