Ceyhun Cəfərli

Hər şey səninlə aidiyyatı olduğu qədər mövcud idi, mənim həyatımda ancaq səninlə bağlı olan şeylər özünə məna qazana bilirdi. Sən mənim bütün həyatımı dəyişdin.
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Sən mənim üçün – necə izah edim – ayrılıqda götürülən bütün müqayisələr çox dardı – sən mənim üçün elə hər şey idin, bütün həyatım idin.
Çünki dünyada heç nə bir uşağın cavabsız, sakit, həyəcanlı sevgisi ilə müqayisə oluna bilməz. Ancaq tənha uşaqlar öz ehtiraslarını daxillərində boğa bilirlər, başqaları öz hisslərini rəfiqələrinə danışırlar ya da etiraf edərək açırlar – onlar sevgi haqqında çox eşidib və oxuyublar və bilirlər ki, o bütün insanların qaçılmaz cəzasıdır. Onlar sevgi ilə oyuncaq kimi oynayırlar, onunla oğlanlar ilk siqaretləri ilə fəxr etdikləri kimi fəxr edirlər.
elə o dəqiqədən, sənin incə baxışını üzərimdə hiss elədiyim andan mən sənin oldum.
sən mənim, həmişə sənə məxsus olan bütün həyatımı biləcəksən, baxmayaraq ki, sən onun haqqında heç vaxt heç nə bilməmisən.