Ceyhun Cəfərli

Yəqin, "Gözəllik nədir" , necə xoşbəxt olmaq olar" kimi suallar mənim üçün çox darıxdırcı və çətindir deyə, başqa meyarların təsiri altına düşürəm. Məsələn, ədalət, düzlük, universallıq kimi meyarlara.
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Bəzən mənə elə gəlir ki, qəlbimdə nəsə möhkəm bir qabıq var və çox az adam bu qabığı deşib içəri girə bilir - bunu Naokoya dedim. Dedim ki, yəqin, elə buna görədir ki, mən heç kimi əməlli-başlı sevə bilmirəm...
Axır vaxtlar tez-tez belə olur. Nəsə demək istəyirəm, amma ağzımdan tamam başqa sözlər çıxır. Ya da demək istədiyimin tam əksini deyirəm. Sözümü düzəltmək istəyəndə, daha çox dolaşıram, fikrim daha çox yayınır, nə demək istədiyim özümün də yadımdan çıxır. Elə bil ikiyə bölünmüşəm, ya özümdən qaçıram, ya özümün arxamca düşürəm. Mərkəzdə nəsə yoğun bir dirək var və mən o, dirəyin başına fırlanaraq özüm-özümlə qaçdı-tutdu oynayıram...

Ceyhun Cəfərli

, bir kitap okudu
5/10
·400 syf.·
Beğendi
·
4 günde okudu
·
Okunma: 08 Aralık 2018 21:25
·
2018 6. kitabı
Haruki Murakami
7/10 · 14bin okunma
Ədəbiyyat tarixinin insanda əsərə maraq yaradan və iz buraxan 10 ən yaxşi unudulmaz giriş cümləsi. 1.Cerom Devid Selincer-Çovdarlıqda uçurumdan qoruyan Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair və ilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü bilmək istəsəniz, mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur. Əvvələn, ona görə ki, belə şit şeylərdən zəhləm gedir, ikincisi də, əgər, burada mən öz valideynlərim barədə bir-iki qəşəng, gəlişi xoş söz desəm, onları oradaca ikiqat infarkt vurar. 2.Lev Tolstoy-Anna Karenina Bütün xoşbəxt ailələr bir-birlərinə bənzəyirlər, hər bədbəxt ailənin isə özünə xas bir bədbəxtliyi vardır. 3.Ceyn Ostin-Qürur və qərəz Hamı bilir ki, maddi imkanı olan gənc özünə arvad axtarmalıdır. Beləsinin niyyəti və baxışları nə qədər az məlum olsa da, yeni bir məkanda yerləşməsindən sonra bu həqiqət ətrafda yaşayan ailələrin beynini o dərəcədə möhkəm məşğul edir ki, dərhal ona bu və ya başqa qonşu qızının halal şikarı kimi baxmağa başlayırlar. 4.Skott Fitscerald-Möhtəşəm Qetsbi İnsanın xüsusilə zehinli olduğu gənclik dövründə atamın bir məsləhəti uzun müddət yaddaşımdan silinmədi. — Əgər nə vaxtsa kimisə ittiham etmək fikrinə düşsən, — dedi, — unutma ki, səndə olan üstün cəhətlər dünyadakı bütün insanlarda yoxdur. 5.Frans Kafka-Çevrilmə Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza elə yatağındaca nəsə əcaib bir həşərata çevrildiyini hiss etdi.