-Ən yaxşi elədiyin iş nədir?
-Belə,heç nə. Düzü bir neçə şey var ki,
onları etməyi sevirəm.
-Nəyi?
-Yürüşə çixmağı, üzməyi, kitab oxumağı.
-Deməli,təklikdə icra olunan işləri sevirsən.
Apreli tək yaşamaq çox darıxdırıcıdır.Apreldə hami xoşbəxt görünürdü. Hami paltosunu çixarib, günəşdə isinir, söhbət eləyir, top oynayir və bir-birini sevirdi.Mənsə tamam tək idim...
Bitmiş adamam. Qarşinda gördüyün xatirə qalıqlarından başqa bir şey deyil. İçimdə dəyər verdiyim hər şey çoxdan ölüb, mən sadəcə bu xatirələrin izinə düşərək yaşayiram...
-Ürəyini aça bilənlə bilməyənin fərqini görürəm. Məsələn, sən bilərsən. Daha dəqiq desək, istəsən aça bilərsən.
-Açanda nə olacaq ki?
-Onda xoşbəxt olacaqsan.
-Sənin haqqında çox şey bilmək istəyirəm.
-Adi adamam. Adi ailədə anadan olmuşam, böyümüşəm, xarici görnüşüm adidir, müvəffəqiyyətlərim də həmçinin, adi insanlar kimi də fikirləşirəm.
-Yeri gəlmişkən, sənin sevimli yazıçın Skot Fiscerald yazib ki, özünün adi olduğunu söyləyən insana inanmaq olmaz.