– Vanya, – dedi, – Vanya, bu ki yuxu idi!Soruşdum ki:
– Nə yuxu idi?
– Bunların hamısı, bu bir ildə olan şeylərin hamısı...
Vanya, axı niyə mən sənin xoşbəxtliyini məhv etdim!
Mən onun gözlərində oxudum:
“Biz bir yerdə həmişəlik xoşbəxt ola bilərdik!”
Sonra şimal dənizinin üzərindəki tutqun buludlara baxa-baxa ömrüm boyunca itirdiyim şeyləri düşündüm. İtirdiyim vaxtları, ölmüş, ya da haralarasa yox olmuş insanları -- geri qaytarılması mümkün olmayanları xatırladım...