-Tom, bu dünyada hamı özünün sağ olmağını bilir?
- Bu nə sözdür? Əlbəttə bilir
- Mən də belə güman edirdim. Ah ümid edirəm ki, insanlar sağ olduqlarını bilirlər.
Axşam toranlığının ulduzu, sən çoxdandır ki, gün batanda yanırsan, sənin şüalar saçan çöhrən dumanlar arxasından çıxıb parlayır, onda sən qürurla öz təpələrinə doğru süzürsən. Sən o düzəngahda nə axtarırsan? Şiddətli külək sakitləşmişdir, uzaqlardan selin gurultusu eşidilir, uzaqlardakı sıldırım qayaların ətəklərində də dalğalar səslənir, çöldə axşam cücüləri vızıldaşaraq qarışqa tək qaynaşır. Gözəl ulduz, axı bir de görüm, sən nə axtarırsan? Lakin sən gülümsəyərək çıxıb gedirsən, dalğalar da sənin saçlarından səpələnən qızıl şüaları oxşayaraq ətrafında oynaşır.