Ceyhun Cəfərli

Onsuz da dünyanın hər yeri eynidir: Yorğunluq və mübarizə, mükafat və sevinc. Amma bunlardan mənə nə? Mən ancaq sənin olduğun yerdə xoşbəxt ola bilirəm.
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Nə üçün insanın xoşbəxtliyini təşkil edən bir şey, həm də onun iztirablarının mənbəyi olmalıdır?
İnsan təbiətinin müəyyən həddi olmalıdır.İnsan sevincə, kədərə, ağrıya ancaq müəyyən bir həddə kimi dözə bilər, bu hədd artıq olduqda isə o məhv olur. Demək, məsələ onun güclü, ya zəif olmasında deyil, məsələ ondadır ki, o istər mənəvi, istərsə də fiziki iztirablara həddindən artıq dözə bilər, ya yox. Buna görə də, məncə, öz həyatına qəsd edən adama, habelə qızdırmadan ölməkdə olan adama qorxaq demək eyni dərəcədə əcaibdir...
26 noyabr Bəzən öz-özümə deyirəm : <<Sənin taleyinin misli yoxdur !>> Sonra isə başqalarını xoşbəxt adlandırıram. Hələ heç kəs bu qədər əzab çəkməmişdir! Sonra qədim dövr şarinin əsərini oxumağa başlayiram, bu anda mənə elə gəlir ki, ürəyimə nəzər saliram. Mən necə iztirab çəkirəm! Ah, yəni insanlar mənə qədər də bədbəxt olublar?
Ömrünün ən yaxşı çağlarını zəhərləmiş olduğun bir qız dəhşətli xəstəlikdən sarsılıb, taqətsiz halda yatarkən, onun heç bir şey görməyən nəzərləri yuxarıya dikilərkən, solğun alnında isə ölüm təri görünərkən sənin yalnız bir cinayətkar kimi onun yatağının yanında dayanıb, bütün qəlbinlə öz acizliyini duymaqdan başqa bir çarən qalmır və böyük bir əzabla dərk edirsən ki, soyumaqda olan bu qəlbə azacıq da olsa həyat vermək, onda mərdlik qığılcımı yandırmaq üçün hər şeyi verərdin !