Kitab o dövrün ab-havasını anlamaq üçün çox gözəldir.Lakin indidən deyim ki,Monteskyönün İran və o cümlədən Səfəvi sarayı ilə bağlı yazdıqlarının 99 faizi uydurmadır,yazdıqlarını əsasən səyyahların əsərlərindən anladığı İrana uyğun yazıb ki,bunların yalan olduğunu hər kəs bilir.Əsasən,İranla bağlı məktublar şahzadənin hərəmxanasında keçir,halbuki o dövrdə hərəmxana ilə bağlı məlumatları Avropadan gələn səyyahın bilməsi mümkünsüz idi.Nəysə,məsələmiz bu deyil...
Amma,Fransa ilə bağlı yazılanlar şəksiz-şübhəsiz gerçəkdir,yazıçı özü həmin dövrdə həkim olmuş,hətta Fransa Ali Məhkəməsinə qədər yüksəlmişdir.Bir neçə il İngiltərədə yaşamış Monteskyönün Avropa,hüquq,tarix,dövlət idarəetməsini anlamaq üçün kitab giriş baxımından çox yaxşıdır.Ancaq,Əlisa Nicatın o hissələrdə tərcümə baxımından zəif qaldığını,sözbəsöz tərcümə edərək mənasız sözlər yığını yaratdığını inkar etməmək lazımdır.