Cəfər

Cəfər
@Caferali16
Abdullah olmağa çalışan birisi...
Gopologiya və Reallıq
Puan vermedi·288 syf.··
2024 2. kitabı
·
7 günde okudu
·
Okunma: 10 Temmuz 2024 00:20
Kitab o dövrün ab-havasını anlamaq üçün çox gözəldir.Lakin indidən deyim ki,Monteskyönün İran və o cümlədən Səfəvi sarayı ilə bağlı yazdıqlarının 99 faizi uydurmadır,yazdıqlarını əsasən səyyahların əsərlərindən anladığı İrana uyğun yazıb ki,bunların yalan olduğunu hər kəs bilir.Əsasən,İranla bağlı məktublar şahzadənin hərəmxanasında keçir,halbuki o dövrdə hərəmxana ilə bağlı məlumatları Avropadan gələn səyyahın bilməsi mümkünsüz idi.Nəysə,məsələmiz bu deyil... Amma,Fransa ilə bağlı yazılanlar şəksiz-şübhəsiz gerçəkdir,yazıçı özü həmin dövrdə həkim olmuş,hətta Fransa Ali Məhkəməsinə qədər yüksəlmişdir.Bir neçə il İngiltərədə yaşamış Monteskyönün Avropa,hüquq,tarix,dövlət idarəetməsini anlamaq üçün kitab giriş baxımından çox yaxşıdır.Ancaq,Əlisa Nicatın o hissələrdə tərcümə baxımından zəif qaldığını,sözbəsöz tərcümə edərək mənasız sözlər yığını yaratdığını inkar etməmək lazımdır.
İran MəktublarıMontesquieu · Qanun Nəşriyyatı · 2021418 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Puan vermedi·162 syf.··
2023 20. kitabı
·
6 günde okudu
·
Okunma: 16 Temmuz 2023 02:25
Kitab öz özlüyündə çox gözəldi və dərin araşdırmanı özündə ehtiva edir.Lakin əgər kəlami terminlərə bələd deyilsinizsə,kəlami kitablar oxumamısınzsa o zaman tövsiyə edə biləcəyim bir kitab deyil.Səhifə sayısı az olmasına baxmayaraq,sahəm olmadığı üçün məni çox yordu)))
Felsefe-Düşünce
Hayy Bin Yakzânİbn Tufeyl · Türkiye İş Bankası Kültür Yayınları · 20212,222 okunma
Puan vermedi·168 syf.··
2023 19. kitabı
·
10 saatte okudu
·
Okunma: 10 Temmuz 2023 00:52
Kitab 7-dən 70-ə hər kəsə xitab edilməsi üçün yazılıb.Nə yalan deyim,ilk 60-70 səhifəsi məni əməlli-başlı sıxdı (kitab özü zatən 150 səhifədi) Çünki burda olan məlumatları ya YouTube-dan,ya da məktəbdən bilirdim Amma sonradan işin içinə səyahətnamələr (əsas da ibn Fadlanın səyahətnaməsi) bilmədiyiniz şəxslər və onların həyatı və habelə onlarla bağlı olan dastanlar girdikdə "işin rəngi dəyişir" Əgər tarix bilginiz normaldırsa,məqalələr və videolardan araşdıraraq da müəyyən nəticəyə gələ bilərsiniz,buna görə də kitabı oxumasanızda olar)))
Tarih-Araştırma
Kur'an ve KılıçTufan Gündüz · Yeditepe Yayınevi · 2018250 okunma
Puan vermedi·355 syf.··
Beğendi
·
2022 37. kitabı
·
5 günde okudu
·
Okunma: 14 Ağustos 2022 01:05
Bədii kitab çox oxumayan biri olaraq kitabı bəyəndim.Beynim dincəlsin,arada kitablara fasilə verim demişdim amma qısa müddətdə kitabı silib-süpürdüm.Amerikadakı irqçiliyi çox gözəl şəkildə yansıtmış,bizim fikir vermədiyimiz şeylərə diqqət çəkilmişdir.Atticusun və digərlərinin ağıl oyunlar isə mükəmməl idi.Balaca yaşlı bir uşağın gözündən bu hadisələrə baxmaq insana ləzzət verirdi.Bundan əlavə olaraq 100 il ərzində Amerika mədəniyyətinin nə dərəcə də dəyişdiyini,bura da dinin nə qədər böyük rol oynadığını insan görmüş olur.Əsas olaraq hüquq tələbələri bu kitabı oxumalı,əxlaqı təməli olan dinin cəmiyyətdən kənarlaşdırılmasına çalışıldığı bir dövrdə yaranmış əxlaq boşluğunda Atticusu özlərinə bir növ rəhbər kimi görərək hərəkət etməlidirlər.Xoş oxumalar
Edebiyat
Bülbülü ÖldürmekHarper Lee · Sel Yayınları · 201488,8bin okunma