Cahangir

Cahangir
@CahangirAta
Elə adamlar vardır ki, nə qədər çalışsan da onda heç cür düşmənçilik, ədavət və sair hisslər oyada bilməzsən. Onlara nə eləsən də daima sənə qarşı nəvaziş göstərirlər. Bir də ki, onlara bir cəhətdən haqq vermək lazımdır. Onların sevgisi də, əgər bu sevgini dərəcələrə ayırsaq, heç bir zaman yüksək hərarət dərəcəsinə qalxmaz. Bu cür adamlar haqqında - onlar hamını sevirlər və buna görə də mərhəmətlidirlər, desələr də, əslində onlar heç kimi sevmirlər və ona görə mərhəmətlidirlər ki, onlarda kin yoxdur.
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Adətən belə güman edirlər ki, oğru, qatil, casus, fahişə öz peşələrinin pisliyini bilib, ondan utanmalıdırlar. Amma tamamilə tərsinə olur. Tale və öz günah və səhvləri ucbatından məlum vəziyyətə düşmüş insanlar, nə qədər yanlış da olsa, ümumiyyətlə, həyat haqqında özlərinə elə bir təsəvvür yaradırlar ki, öz vəziyyətləri onlara yaxşı və hörmətə layiq görünür. Belə bir təsəvvürü davam etdirmək üçün isə insanlar instinktiv olaraq elə insanlar mühitində dolanırlar ki, orada onların həyat və öz mövqeləri haqqındakı təsəvvürləri qəbul edilmiş olsun. Söhbət öz zirəklikləri ilə öyünən oğrulardan, öz əxlaqsızlıqları ilə öyünən fahişələrdən, öz amansızlıqları ilə öyünən qatillərdən getdikdə, bu, bizi təəccübləndirir. Ancaq bu, bizi yalnız ona görə təəccübləndirir ki, bu cür adamların mühit-dairələri məhduddur və başlıcası budur ki, biz bu mühitdən kənardayıq, amma öz var-dövlətləri, yəni soyğunçuluqları ilə öyünən varlılar, öz qələbələri, yəni qatillikləri ilə lovğalanan sərkərdələr, öz qüdrətləri, yəni zorakılıqları ilə fəxr edən hökmranlar aləmində də vəziyyət eyni deyilmi? Biz bu adamların öz fəaliyyətlərini doğrultmaq üçün həyat, xeyir və şər haqqındakı anlayışı təhrif etdiklərini yalnız ona görə görmürük ki, belə bir təhrif edilmiş anlayışa malik adamların mühiti genişdir və biz özümüz də həmin mühitdənik.
Əgər əsl realist mömin deyilsə, möcüzəyə inanmamaq üçün özündə həmişə güc tapacaq, əgər möcüzə onun qarşısına inkarolunmaz fakt kimi çıxacaqsa, o, faktı mümkün hesab etməkdənsə daha çox öz hissiyatına inanmayacaq. Əgər onu mümkün hesab etsə, bu vaxtadək ona məlum olmayan təbii fakt kimi qəbul edəcək. Realistin inancı möcüzədən doğmur, möcüzəsi inancdan doğur. Əgər realist bir dəfə inansa, möcüzəni də mütləq məhz öz realizminə uyğun olaraq qəbul edəcək. Apostol Fomanın dediyi kimi, görmədən inanmayacaq, görəndə isə deyəcək: <<Aman Tanrım, Yarəbbim!>> Onu inanmağa möcüzə məcbur etdi? Çox güman ki, yox, yalnız inanmaq istədiyinə görə inandı və bəlkədə, hələ <<görməsəm, inanmaram>> dediyi vaxtlarda da artıq gizlində tamamilə inanırdı.
Məsələ onda deyil ki, onlar yalan deyirlər, yalanı həmişə bağışlamaq olar, yalan yaxşı şeydir, ona görə ki, doğruya yol açır. Adamı acıqlandıran odur ki, yalan deyirlər, hələ üstəlik öz yalanlarına baş əyirlər.