Soyqanlı, kamallı dostun bədbəxtin əhvalını
təhlil etməsi yersiz olacaqdır. Ona öyüd, nəsihət vermək də əbəsdir. Axı xəstənin yatağı yanında dayanan sağlam bir adam ona öz qüvvəsindən bir damla da verə bilməyəcəkdir.
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Sən daim ifrata varırsan, burada isə büsbütün haqqısızsan, axı söhbət özünü öldürməkdən gedir. Sən isə bunu böyük işlərlə müqayisə edirsən. Əslində, bu hərəkət zəiflikdir, zira əzablı həyata mətanətlə dözməkdənsə ,ölmək xeyli asandır.
Dünyada hər şey öz-özünü aldatmaqdan başqa heç nə deyildir. Bir də öz istedadına və meylinə görə yox,özgələrə xoş gəlməkdən, puldan, şöhrətdən ya başqa bir şeydən ötürü çalışıb vuruşan adam axmaqdır.
Mənim üçün o yazıçı hamıdan əzizdir ki, onun əsərlərində mən öz aləmimi kəşf edirəm, onun kitabında isə ətrafımda baş verən hadisələr olur. Onun hekayəsi şəxsi
həyatım kimi məni məşğul edir və qəlbimlə səsləşir. Bu, cənnət həyatından çox-çox uzaq olsa da, hər halda mənim üçün olmazın bir sevinc mənbəyidir.