Ölüm həmişə qapının ağzındadır. Əsas məsələ onu duymamaqdır. Xəbərsiz olmaqdır.
Senanın axmasına, günəş şüalarının körpülər üzəridə oynamasına
tamaşa edəsən, dayanıb orda qalasan, ətrafa baxasan, nə xoşbəxtlik, nə bədbəxtlik nə keçmiş, nə də gələcək haqda fikirləşəsən. Dəqiqələri yaşayasan.
Saniyələr mənə saatlar kimi uzun, günlər isə saniyələr kimi
qısa görünürdü. Axı, bizim ömrümüzün özü əbədiliyin yanında nədir ki? Bir göz qırpımı ancaq çəkər.