Məhəbbət bulaqdır, həyatın bulağıdır, dünyanı firavanlaşdırır,
insanı gözəlləşdirir; o həm mö’cüzədir, həm ə mə’lum bir şey, iti-
rilmiş cənnətin kəşfidir, bədənlə ruhun birliyidir, gücümüzün və
zəifliyimizin təcəssümüdür, həyata bağlılıq və eyni zamanda ölümə biganəlikdir, heç kəsin kəşf etmədiyi və həmişə hərəkətdə olan bir gerçəklikdir, ələkeçməzdir, gərək hər gün onu yenidən fəth edəsən.